“Çağ” Öyrətim İşlətmələrini bitirən məzunlar yüksək nəticələr göstərmişlər

Ötən tədris illərində olduğu kimi bu il də “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrini bitirən məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda bir daha yüksək nəticələr göstərmişlər. Liseylərdə şagirdlər üçün hazırlanmış yüksək səviyyədə tədris şəraiti və  müəllimlərin fədakar əməyi öz bəhrəsini vermişdir. 
Belə ki, “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan -Türkiyə Özəl Liseyləri məzunlarından 57 nəfəri 600-dən yuxarı bal toplamaqla təhsilimizin ön sıralarındakı yerini daha da möhkəmləndirib. Məzunların çoxu isə 500-dən yuxarı bal toplayaraq müəllimlərinin etimadını doğrultmuşlar. 
Beləliklə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərən   “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrini bitirən məzunlar Azərbaycanın, eləcə də dünyanın ən nüfuzlu universitetlərinə qəbul olmuşlar.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq