«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir

Sumqayıt, 29 sentyabr ( AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyində (İB) Qafqaz universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AzərTAca bildirmişlər ki, görüşdə gələn il ARDNŞ–nin təşkilatçılığı və dəstəyi ilə «Azərikimya» İB-in, Qafqaz Universitetinin, həmçinin neft-kimya müəssisələri nüma­yən­dələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan elmi-praktik konfransın təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.
Görüşdə neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndə­lərinin iştirak edəcəyi konfransın həm elmi və həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edəcəyi vurğulanmışdır. 
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Qafqaz universitetinin rektoru, professor Ahmet Saniç keçiriləcək bu böyük tədbirlə bağlı görüləcək təşkilatı işləri müzakirə etmiş, fikir mübadiləsi aparmış, onun bütün tərəflər üçün səmərəli olması məqsədilə bir sıra təkliflər irəli sürmüşlər.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq