Onlar Qafqaz Universitetində oxuyurlar
Jurnalda Prezident təqaüdçüləri ilə TQDK-da keçirilmiş görüş, hər bir yüksək ballı gənc haqqında məlumat, topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta təhsil müəssisəsi, onlarla keçirilmiş anket sorğusunun nəticələri, rəy və təklifləri, qəbula hazırlaşan şagirdlərə tövsiyələr, həmçinin ən yüksək nəticə göstərmiş abituriyentlərlə müsahibələr və digər maraqlı materiallar dərc edilmişdir. "Abituriyent" Jurnalının 11-ci sayısının qapaq cilidində yerləşdirilən Azərbaycanımızın parlaq gəncləri 2011-ci ildə 700 bal toplayan Məmmədova Ləman, Camallı Cahandar, Feyzullayeva Xavər, Əliyev Əli kimi mükəmməl təhsil almış gənclərimizin rəsimləri verilmişdir. Məhz həmin gənclər Qafqaz Universitetini seçiblər ,ona görə seçiblər ki, bu təhsil ocağında Atatürk və Heydər Əliyev yolu durur. Eşq olsun bu yolda irəliləyən gənclərə.
Receb Rza