Texnoparkların əhəmiyyəti nədən ibarətdir?


Texnoparkların əhəmiyyəti nədən ibarətdir?

Texnopark universitetlə sənaye arasında körpü rolunu oynayan, eyni zamanda həm universitetin, həm də iş dünyasının maraqlarını əks etdirən bir mərkəzdir. Burada həm müəllimlər, tələbə və magistrlar, həm də iş dünyasının təmsilçiləri özləri üçün ortaq maraq tapa bilirlər. Tərəflər burada daha əlverişli karyera qura bilmə, daha böyük bazarlara çıxış imkanı qazanırlar. Müəllim və mütəxəssislərin əldə etdikləri elmi-tədqiqatın nəticələrinin sənayeyə tətbiqi üçün əlverişli mühit də məhz texnoparklarda formalaşır.

Azərbaycanda ilk dəfə universitet daxilində texnopark fəaliyyətlərinə Qafqaz Universitetində başlanılıb. Universitet-sənaye əməkdaşlığında ciddi layihələrlə iddialı olan “QUTechnopark” fəaliyyəti ilə Azərbaycanın və regionun inkişafına öz töhfəsini verməyi hədəfə alıb.
Texnoparkların əhəmiyyəti nədən ibarətdir?
İsa Qasımov – Qafqaz Universiteti Texnoparkının direktoru: “Texnoparkların qurulmasının hədəflərində yüksək texnologiyaların istehsalı dayanır. Bu isə özlüyündə sənayenin inkişafına dəstək verən bir yanaşmadır. Bu mühitdə həyata keçirilən layihələrin nəticəsində ölkədə biznes mühiti, o cümlədən sənaye inkişaf edəcək. Yaxın 5 illikdə Qafqaz Universiteti Texnoparkında aparılan inkişaf yönümlü elmi-tədqiqat işlərinin nəticəsi olaraq ölkədə sənayenin inkişafına ciddi töhfələr verə biləcəyik”.
“QUTechnopark”ın fəaliyyəti ABŞ, Türkiyə, İsveçrə və Rusiya kimi xarici ölkə texnoparklarının təcrübələrinə əsaslanır. Fəaliyyətinin təməlində universitet-sənaye əməkdaşlığı dayanan müəssisə istər böyük, istərsə də orta və kiçik sahibkarlıq subyektləri ilə əlaqələr yaradır. Hazırda texnoparkın ekosistem inkişafında əsas rol oynayan şirkətlərin sayı 9-a çatır.İsa Qasımov –Qafqaz Universiteti Texnoparkının direktoru: “Bu firmalar müxtəlif sahələr üzrə ixtisaslaşmış olsalar da əsasən, İT texnologiyalarına əsaslanaraq, Qafqaz Universitetindəki professor və müəlim heyəti və burada fəaliyyət göstərən kafedraların gücündən istifadə edərək işlərini qururlar. Şirkətlərin əksəriyyəti İT sektorunda fəaliyyət göstərir. Amma firmalardan biri müdafiə sənayesi sahəsində öz işlərini qurur, digər bir firma elektron mexanizmlərin qurulması, günəş, külək enerjisinin istehsalı sahəsində layihələr yerinə yetirir. Şirkətlər təhlükəsizlik sistemlərinin qurulması, elektron universitet, elektron təhsil sistemləri üzərində də öz işlərini qururlar”.Qeyd edək ki, Azərbaycanda texnoparkların sayının artırılması nəzərdə tutulub. Hazırda ölkədə ən böyük texnologiyalar parkı Sumqayıtda yerləşir. 17 zavoddan ibarət olan Sumqayıt Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Balaxanı Texnoparkının tikintisi isə davam edir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF