Azərbaycanda İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq

Azərbaycanda İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq Milli.az

Azərbaycanda Robototexnika və İntellektual sistemlər (Süni intellekt) ixtisasları üzrə magistr və doktoranturaların yaradılması, qəbul və elmi dərəcələrin verilməsi planlaşdırılır. Yeni elmi istiqamətlərin Qafqaz Universitetində açılması nəzərdə tutulub.

Bunu APA-ya Qafqaz Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiriXəyyam Məsiyev bildirib.
Onun sözlərinə görə, bu sahədə ölkədə elmi-tədqiqat işlərinin aparılmasına zərurət var: “Hazırda Universitetin İKT Elmi-Tədqiqat Mərkəzinin əsas işçi qüvvəsi Kompüter Mühəndisliyi ixtisası olan tələbələrdən ibarətdir. Xüsusi olaraq Robototexnika və İntellektual sistemlər (Süni intellekt) ixtisasları üzrə magistr və doktoranturalar açılarsa, mərkəzimizdə elmi-tədqiqat işlərini daha rahat şəkildə apara bilərik. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Artıq bu ildən Qafqaz Universitetinin nəzdində bu fakültələrin açılmasını planlaşdırırıq”.

Milli.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF