20 yanvar faciəsi Qafqaz universitetində də anıldı publika.az


Qafqaz universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.Publika.Az-ın verdiyi xəbərə görə, ilk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqiəlik sükutla yad edilib və ardından Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Daha sonra Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı Sirdaş proqramı nümayiş olunub. Sonra söz müəllifə verilib. Rahib Azəri çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Olaylar barədə məlumat verən Rahib Azəri bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb.“Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraqumummilli lider H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Ümummilli lider Heydər Əliyevin bu müraciəti o zaman dünyanın aparıcı KİV orqanlarında geniş işıqlandırılıb. Beləliklə də beynəlxalq ictimaiyət Azərbaycanda sovet ordusunun həyata keçirtdiyi qanlı qırğın barədə məlumatlandırılıb”. Professor onu da bildirib ki, Sovet ordusunun 20 Yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yola böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Tədbir universitetin müəllim və tələbə heyətinin Şəhidlər Xiyabanını ziyarət etməsilə yekunlaşıb.


Publika.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF