Qafqaz Universitetinin əməkdaşları Naxçıvan Özəl Universitetində
Bağlantıyı al
Facebook
X
Pinterest
E-posta
Diğer Uygulamalar
Qafqaz Universitetinin əməkdaşlarından ibarət bir qrup heyət ENOTES TEMPUS proqramı çərçivəsində Naxçıvan Özəl Universitetində yaradılmış ECDL Mərkəzi ilə tanışlıq məqsədilə bu ali məktəbdə olub. Universitetin rektoru, professor İsmayıl Əliyev ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışıb, Naxçıvan Özəl Universitetinin keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Qonaqlar adından Qafqaz Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sənnur Əliyev çıxış edərək səmimi qarşılandıqlarına görə minnətdarlıqlarını bildirib. Universitetlərarası əlaqələrin inkişafında, tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışılıb.
Sonra qonaqlar Naxçıvan Özəl Universitetinin strukturunu, eləcə də beynəlxalq əlaqələrinin inkişafını əks etdirən təqdimata baxıb, universitet ərazisini gəzərək ali məktəb üçün inşa edilən ayrı-ayrı korpuslarla tanış olublar.
Görüş zamanı Naxçıvan Özəl Universiteti ilə Qafqaz Universiteti arasında sıx əməkdaşlıqdan, universitetlər arasında həyata keçirilən tələbə mübadiləsindən danışılıb, eləcə də NÖU professor-müəllim heyətinin Qafqaz Universitetində ixtisasartırma kurslarında iştirakı məsələlərinə toxunulub.
Mətn ölçüsü: Son dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb....
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb. M.Abbaszadə abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın 72 bölgəsini təmsil edir. “Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin 6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu, Hacıqabul rayonlarının abituriyentləri ...
Okeanın o tayına - geniş imkanlar ve azadlıq ölkesi ABŞ-a getmeyi, orada tehsil almağı, iş sahibi olmağı genclerin çoxu arzu edir. Müsahibimiz Çingiz Ceferov hemin arzunu gerçekleşdiren genclerdendir. Ç. Ceferov 1983-cü ilde Quba rayonunda anadan olub. Orta tehsilini Quba Özel Türk Liseyinde alıb. 2000-ci ilde hemin tehsil ocağını bitirdikden sonra ali tehsil almaq üçün Türkiyeye gedib, İstanbul Texniki Universitetinin idareetme fakültesine qebul olunub ve 2004-cü ilde oranı müveffeqiyyetle bitirib. Ele hemin ilde de Çingiz ABŞ-a yollanıb. Amerikaya getdiyi ilk vaxtlar maddi menada heç neyi olmasa da, qısa müddetde kiçik biznes sahesinde xeyli yol qet edib. - Çingiz bey, Amerikaya getmek fikri sizde neden doğdu? Okeanın o tayına hansı istekle getdiniz?- Doğrusunu desem, evveller ABŞ-a gelmek fikrim yox idi. İdareetme üzre tehsilimi Türkiyeden sonra Almaniyada davam etdirmek niyyetinde idim. Amma etrafımdakı insanlardan, yaxın tanışlardan Amerikaya gedib-gelenler oldu. Onlardan Amerik...