Mingəçevirdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yekun mərh&#

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dil və mədəniyyət” festivalı çərçivəsində Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında “Ana dilimizi sevək, sevdirək” Ümumrespublika müsabiqəsinin bölgə üzrə mahnı, qrammatika, informatika və şeir kateqoriyaları üzrə yekun mərhələsi keçirilib. Tədbirdə Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev və liseyin müdiri Mustafa Söyləməzoğlu çıxış edərək bildiriblər ki, məktəblilər arasında keçirilən belə yarışlar onların dilimizin incəliklərinə yiyələnmələrində dilimizin qorunmasında, təbliğ olunmasında və onun inkişaf etməsində əhəmiyyətli rol oynayır. Bu işdə müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzulayıblar.Münsiflər heyətinin qərarına əsasən şeir kateqoriyası üzrə Mingəçevir Şəhər 1saylı orta məktəbin şagirdi Gülnar Tağıyeva, mahnı kateqoriyası üzrə isə Bərdə Şəhər Zərifə Əliyeva adına orta  məktəbinin şagirdi Ramilə Səfərova, qrammatika üzrə Yevlax Şəhər 1 saylı orta məktəbin şagirdi Çiçək Hüseynova, inşa kateqoriyası üzrə Mingəçevir Şəhər Liseyinin şagirdi Aişən Mustafayeva və informatika üzrə ABTM-nin Mingəçevir Özəl Türk Liseyinin şagirdi şagirdləri Aqil Muxtarov 1-ci yerlərə layiq görülüblər. Qalib şagirdlərə hədiyyələr və sertifikatlar təqdim olunub.Qeyd edək ki, müsabiqədə 1-ci yerə çıxan şagirdlər Bakıda keçiriləcək final müsabiqəsində Mingəçevir şəhərini təmsil edəcəklər.  
http://abtk.edu.az/mingcevird-ana-dilimizi-sevk-sevdirk-musabiqsinin-yekun-mrhlsi-kecirilib-


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF