Bakıda II Beynəlxalq Həmzə Nigari simpoziumu keçiriləcək


Bakıda II Beynəlxalq Həmzə Nigari simpoziumu keçiriləcək
Simpoziumda iştirak etmək üçün aprelin 1-dək qeydiyyatdan keçmək və tezisləri göndərmək lazımdır. Bu il mayın 1-dən 3-dək paytaxt Bakıda və Qazax rayonunda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu, “Avrasiya” Beynəlxalq Araşdırmaları İnstitutu və Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə II Beynəlxalq Həmzə Nigari simpoziumu keçiriləcək.“Miras” İctimai Birliyindən AzərTAc-a verilən məlumata görə, simpozium “Nigarinin həyatı və çevrəsi”, “XIX əsrdə Azərbaycan və Qafqazda siyasi və mədəni həyat”, “Nigarinin yaşadığı dövrdə Qazax və çevrəsində sosial və mədəni həyat”, “Osmanlı və Cümhuriyyət dövrlərində Nigarinin ictimai və dini təsirləri”, “Nigarinin Qafqazdakı dini və ictimai təsirləri”, “Nigarinin mürşidi İsmayıl Şirvani”, “Qafqazdan Anadoluya köçlər və Nigari təsiri”, “Amasiyada təsəvvüf və təsəvvüf ədəbiyyatı tarixi”, “Azərbaycan Türkiyə təsəvvüf və ədəbiyyat əlaqələri”, “Nigarinin təsəvvüf anlayışı”, “Nigarinin əsərlərində dil və ədəbi xüsusiyyətlər”, “Nigarinin təsirləndiyi və təsir etdiyi şairlər”, “Nigari və Siracinin bəstələnən şeirləri”, “Nigari və İsmayıl Şirvaninin türbələri və digər tikililər (tarixi, memarlığı, vəqfləri)”, “Hacı Mahmud əfəndi Aslanbəyli və nigarilik” mövzularını əhatə edəcək.Simpoziumun dili Azərbaycan, türk, ingilis və rus dilləridir.İştirak etmək arzusunda olanlar tezis və əlaqə məlumatlarını, qısa tərcümeyi-hallarını hamzanigari@gmail.com ünvanına göndərməlidir. Tezislər mövzunu əhatə etməli, 300 sözdən çox olmamalıdır.Simpoziumda iştirak etmək üçün aprelin 1-dək qeydiyyatdan keçmək və tezisləri göndərmək lazımdır. Aprelin 15-də iştirakçılar elan ediləcək. Məqalələri aprelin 30-dək göndərmək lazımdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF