Qafqaz universiteti Sahibkarlar Təşkilatının üzvlük sertifikatını aldı
Qafqaz universiteti Sahibkarlar Təşkilatının üzvlük sertifikatı ilə təltif olunub.Universitetin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının keçirdiyi növbəti təqdimatda Universitetimizin təmsilçisi Zəfər Həsənova ASK-ın sədri tərəfindən üzvlük şəhadətnamə sertifikatı təqdim edilib.Təqdimat İtaliyanın tanınmış MADE S.p.A şirkətinin Azərbaycanda yeni başladığı fəaliyyəti əhatə etməklə bərabər yeni başlayan bizneslərin genişləndirilməsi əzmində olan bir çox önəmli mövzulara da toxunub.Görüş əsnasında Qafqaz Universiteti ASK-ın sahibkarlara ayırdığı xüsusi diqqət, bu sahədə atılan ciddi addımlar, universitetlərin bu prosesdə körpü rolu oynaması və bu kimi bir sıra mövzular çərçivəsində çıxış edib. Keçirilən bu kimi görüşlər ali təhsil müəssisələrinə iş dünyası təmsilçiləri ilə yaxından tanış olmağa və qarşılıqlı tanışlığa zəmin yaradır.