Qafqaz Universitetinin müəlliminin "İdarəetmənin əsasları" adlı kitabı nəşr olunub

Qafqaz Universitetinin müəlliminin "İdarəetmənin əsasları" adlı kitabı nəşr olunub

Bu barədə Tia.az-a Universitetin İctimayəətlə əlaqədar şöbəsinin rəisi Ceyhun Vəliyev məlumat verib. Qafqaz universiteti, İqtisadiyyat və idarəetmə fakultəsi, Biznesin idarəedilməsi bölməsinin dosenti Rasim Abutalıbov hal-hazırda Erasmus Mundus, Alrakis proqramı çərçivəsində Polşada 6 aylıq Post Doktoradadır. Onun bu ilin əvvəlində "İdarəetmənin əsasları" adlı kitabı nəşr olunmuşdur. Nəzərinizə çatdırmaq istərdik ki, bu kitabın genişləndirilmmiş ikinci nəşridir. Müəlllif tərəfindən "İdarəetmənin əsasları" kitabı dərs vəsaiti kimi qrift alınmasın üçün Təhsil Nazirliyinə müraciət olunmuşdur.

Kitab 9 fəsildən ibarətdir. Birinci nəşrdən fərqli olaraq buraya yeni iki bölüm əlavə olunmuşdur. Bu bölümlər Liderlik və Yapon idarəetmə modelidir. Bundan əlavə kitabda dünya təcrübəsi öyrənilərək idaetmənin mahiyyəti, menecment anlayışı, idarəetmənin funksiyaları, idarəetmədə qərarvermə prosesi, idarəetmədə təşkilati struktur, strategiyalı idarəetmə, SWOT analiz və idarəetmə metodları kimi mövzular geniş şəkildə verilmişdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF