“Azərikimya” İB-də “Breyn-rinq” yarışı keçirilmişdir.



“Azərikimya” İB-də “Breyn-rinq” yarışı keçirilmişdir AzSumqayıt, 28 dekabr (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ARDNŞ “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtın bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə “Breyn-rinq” - bilik yarışı keçirilmişdir. 
AzərTAc xəbər verir ki, “Azərikimya” İB-nin struktur bölmələrinin də təmsil olunduğu yarışa Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin, şəhər təhsil və səhiyyə şöbələrinin, Sumqayıt Dövlət Universitetinin, Qafqaz Universitetinin, Müəllimlər İnstitutunun, Moskva Dövlət Universitetinin Bakı filialının, “N” saylı hərbi hissənin, YAP Sumqayıt şəhər təşkilatının, 2 saylı Ərazi Vergilər İdarəsinin, “Qartal” firmasının, KİV nümayəndələrinin, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin və digər müəssisələrin komandaları da daxil olmaqla 23 komanda qatılmışdır. 
Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Breyn-Rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti ilə keçirilən bilik yarışmasında “Mətbuat” komandası birinci, Sumqayıt Təhsil Məlumat Mərkəzinin və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. 
Qalib komandalara “Azərikimya” İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Yarışda fərqlənən daha dörd komanda fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.  
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF