“Gənc Mühəndislər" və Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıb
“Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” və Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bu müqavilə gələcəkdə birlikdə “Tərəflər” adlanacaq, bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən İdarə heyətinin sədri Polad Rüstəmov şəxsində “Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” (bundan sonra “GəncMİİB”) və digər tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən rektor professor Ahmet Saniçin şəxsində “Qafqaz Universiteti” (bundan sonra “Universitet”) arasında bir il müdətinə imzalanmışdır.Müqaviləyə əsasən GəncMİİB-in nizamnaməsində əks olumuş məqsədlərə çatmaq üçün Tərəflərin birgə fəaliyyəti üzrə həyata keçirilən bütün işlər təmənnasız əsaslarla yerinə yetiriləcək.Müqavilədə nəzərdə tutulan ohdəliyə əsasən GƏNCMİİB-i Universiteti öz fəaliyyət sahəsində yeni ideyalar, hadisələr, tədbirlər haqqında məlumatlandırır, Universitet haqqında məlumatı əldə edir, məlumatı və Universitetə məxsus loqotipi öz veb-resursunda (www.gencmiib.org), KİV-də yerləşdirir.Universitetin razılığı ilə ona və ya özünə məxsus məkanlarda müxtəlif birgə tədbirlər həyata keçirir Universiteti öz fəaliyyətinə dair informasiya ilə təmin edir,Universitetin razılığı ilə ona məxsus resurlardan istifadə edir, GəncMİİB haqqında mütəxəssisləri, tələbələri və sair məlumatlandırır,Universiteti isə GəncMİİB-i öz fəaliyyətinə dair informasiya ilə təmin edir, GəncMİİB haqqında məlumatı əldə edir, məlumatı və ona məxsus loqotipi öz veb-resursunda, KİV-də yerləşdirir. GəncMİİB-in razılığı ilə ona məxsus resurlardan istifadə edir.Universitetin rektoru prof. Dr. Ahmet Saniç çıxış edərək tədbir iştirakçılarına imzalanan müqavilənin əhəmiyyəti haqda məlumat verib.O,bildiribki universitetdə texnoparkın inkişafı üçün bu kimi əməkdaçlıqın rolu əvəzsizdir. GƏNCMİİB-nin potensilaının yüksək olmasınıda xüsusi qeyd edən rektor prof . Ahmet Saniç dunyada məslək ictimai birliklərin xüsusi yeri olduğunu vurğulayıb.Universitetin mühəndislik fakültəsinin dekanı doç. dr. Yadullah Babayev bildirmişdirki Qafqaz Universitetində ilk qurulmuş Fakültələrdən biri olan Mühəndislik Fakültəs, 1993-cü ildə “Sənayenin təşkili və idarə edilməsi” və “Mexanika mühəndisliyi” ixtisasları ilə öz fəaliyyətinə başlamışdır. 90-cı illərdə kompyuter və programlaşdırmanın dünyada getdikcə yaygınlaşması və respublikamızda bu cür biliklərə sahib yüksək ixtisaslı kadırların yetişdirilməsinə öz töhvəsini vermək üçün mühəndislik fakültəsi tərkibinidə 1994-cü ildə Kompyuter Mühəndisliyi ixtisası qurulmuşur. Həmin ildə Mexanika Mühəndisliyinə Respublikada olan tələbatın yox deyiləcək dərəcədə az olması ilə əlaqədar olaraq bu ixtisasın fəaliyyti dayandırılmışdır. İlk məzunlarını 1998-ci ildə vermiş və məzunlarının hamısı respublikanın o dövürdəki qabaqcıl şirkətləri tərəfindən işlə təmin olunmuşlardır.Respublikamızda informasiya-telekommunikasiya sistemlərinin inkişafı, neft və qeyri neft sektoru sahələrində istehsalat müəssisələrinin artması ilə Fakültə tərkibində yeni ixtisasların açılmasına Universitet rəhbərliyi tərəfindən qərar verilmişdir. Bu qəbildən 2008-ci ildə İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi və BP Azərbaycan Şirkətinin sponsorluğunda Kimya Mühəndisliyi ixtisasları qurulmuşdur. 2011-ci ildə isə yenə BP Azərbaycan Şirkətinin sponsorluğunda Mexanika Mühəndisliyi ixtisası öz fəaliyyətinə başlamışdır.Eyni zamanda Fakültədə 2 ixtisas üzrə magistratura və 1 ixtisas üzrə də doktorantura proqramları tədris edilir.Universitet və fakültənin Respublikada fəaliyyət göstərən müxtəlif xarici şirkət və yerli müəssisələrlə olan əlaqələri, bu müəssisələrdə və xüsusilə də Türkiyədə keçirilən istehsalat təcrübələriməzunlarımızın nəinki Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində çalışa bilməsi üçün böyük imkanlar yaradır.Bugünə qədər fakültədən 436 nəfər məzun olmuşdur. Onlardan 10 nəfər öz təhsilini xaricdə davam etdir. Məzunlarımızın böyük əksəriyyəti respublika daxilində və xarici ölkələrdə nüfuzlu şirkətlərdə işləməkdədirlər.Fakültənin zəngin maddi-texniki bazası və təcrübəli kadr potensialı gənclərimizin yüksək ixtisaslı mütəxəssis, eləcə də vətənini, millətini və dövlətini sevən bir vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Bunun nəticəsidir ki, Mühəndislik fakültəsindəki ixtisaslara göstərilən maraq daima artır və qəbul balı ildən-ilə yüksəlir. 2010-2011-ci tədris ilində respublika üzrə 700 bal toplayan 7 nəfərdən 4-ü, 2011-2012-ci tədris ilində isə 700 bal toplayan 4 nəfərin 4-ü də Fakültənin müxtəlif ixtisaslarını seçmişlərdir. 2011-2011-ci tədris ilində fakültənin müxtəlif ixtisaslarını seçmiş tələbələrdən 19 nəfəri Prezident təqaüdünə layiq görülmüş, 72 nəfəri isə dövlət sifariş ilə gəlmişdir. Ümumilikdə isə Fakültədə 700 bal toplamış 9 tələbə, Prezident təqaüdünə layiq görülmüş 47 tələbə və dövlət sifarişli 170 tələbə təhsil alır.Fakültədə 5-i beynəlxalq olmaqla bir sıra konfrans və seminarlar təşkil olunmuşdur. Eyni zamanda fakultə əməkdaşlarının respublika və dünyanın nüfuzlu elmi jurnallarında elmi məqalələri və bir sıra dər vəsaitləri dərc olunmuşdur.Tədbirdə çıxış edən “Gənc mühəndislərin inkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov İB haqqında məlumat verərək bildirmişdir ki, GəncMİİB 2008-ci ildə Azərbaycan Respublikasında gənc mühəndislərin peşəkar inkişafına və maarifləndirilməsinə dəstək verməsi məqsədilə qurulmuşdur.Hər hansı bir siyasi hədəf nəzərdə tutmadan bütün mühəndislərin həyat və iş praktikalarını ortaya qoyan bir platforma qurmaq və dünyamızın qlobal problemlərinə mühəndislik həlləri təklif edə bilən sosial məsuliyyətli mühəndislər yetişdirmək və mühəndislik qurumları ilə əlaqələndirici funksiyanı yerinə yetirməkdir. Azərbaycanda mühəndislik mədəniyyəti və standartlarının tətbiqinə, inkişaf etdirilməsinə dəstək olmaq və onları maarifləndirmək, ətraf mühitin qorunmasını ən ümdə fikirləşən mühəndislər yetişdirmək də ictimai birliyin əsas məqsədlərindəndir.Qafqazla əməkdaşlıq haqda danışan İB sədri bildiribki bu ilin Möhtərəm Prezidentimiz tərəfindən sənaye ili elan edilməsi QHT və İB-rində üzərinə məsulliyyət qoyur.Bu məqsədlədə bizim ictimai birlik təhsil sistemində özünü sübut etmiş Qafqaz universiteti ilə əməkdaşlıq etməklə birlikdə uğur qazanacağımıza və dövlətimizin sənayesinin inkişafına töhvə verə biləcəyimizə ümid verir.Qafqaz universitetini məzunlarının iş həyatındakı uğurları və nəaliyyətləri ilə tanıdığını bildirən Polad Rüstəmov əməkdaşlıq münasibəti ilə hər iki tərəfi təbrik edib.O, İB-nin ötən ilki fəaliyyətindən danişaraq qeyd edibki 23 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun III Qrant müsabiqəsinin qalibi olan “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi(GəncMİİB) “Gəlin mühəndis olaq! Let’s be an engineer!” adlı layihə həayat keçirib. Layihənin məqsədi Azərbaycanda mühəndisliyin inkişafına dəstək vermək, şagirdlərlə təcrübəli mühəndislər arasında fikir mübadiləsinə imkan yaratmaq, analitik düşüncə qabiliyyətinə malik orta məktəb şagirdləri arasında mühəndisliyə marağı olanları üzə çıxarmaq, onlara düzgün ixtisas seçimində kömək etməkdir.Layihə üzrə Azərbaycanın 5 regional mərkəzində - Gəncə, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində tədbirlər keçirilmişdir. Layihə çərçivəsində məktəblilərin intellektual qabiliyyətlərini aşkar etmək məqsədi ilə kiçik sosial-psixoloji sınaqlar,təcrübəli mühəndislərin iştirakı ilə seminarlar keçirilmişdir.

Həmçinin şagirdlər arasında təşkil olunmuş simulyasiya oyunları vasitəsilə onlarda mühəndisliyə maraq oyadılmışdır.Sınaq nəticələri müzakirə edilərək şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr layihənin bütün iştirakçılarına sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim edilmişdir.
http://www.qu.edu.az/az/news/%E2%80%9CG%C9%99nc-M%C3%BCh%C9%99ndisl%C9%99r%26quot%3B-v%C9%99-Qafqaz-Universiteti-aras%C4%B1nda-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-imzalan%C4%B1b-4852.html