Can Qarabağ | Can Karabağ | Azerbaycan Halk Türküsü





Sevgilim, seyrə çıxaq burda gəl, ilk baharı.
Dil açır qəlbimizin ən şirin arzuları.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum.

Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli,
Ruhunu burdan alıb Natəvanın qəzəli.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum.

Tarlalarda neçə qəhrəman övladı var,
Əməyi güllər açan Xanları, Bünyadı var.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde