“Yeni Fikir-2015” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan layihələr müəyyənləşib

 
"Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.

Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik",  "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com",  "Soteqalab" daxildir.


Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.

Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir.

  Həqiqət İSABALAYEVA

http://ictnews.az/read-35908-news-1.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq