|
Dünən Qafqaz
Universitetində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr
olunmuş “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV
Beynəlxalq Konqresin açılış mərasimi keçirildi.
|
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti, AMEA İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutu, TUSİAB İş adamları Cəmiyyəti və Qafqaz Universitetinin birgə
təşkilatçılığı ilə keçirilən konqresdə ümumbəşəri problemlərin həlli
istiqamətində müzakirələr aparıldı. Konqresin əsas mövzusu qloballaşan
dünyada, digər bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və beynəlxalq
münasibətlər sahəsindəki problemlərin də insanlığın və ümumilikdə bütün
varlığın ortaq mənafeyi istiqamətində həll yollarının müzakirəsi oldu.
Müzakirələr zamanı dünyada qlobal ümumbəşəri problemlərdən ətraf mühitin
kirlənməsi, qlobal isinmə, atmosferin çirklənməsi kimi məsələlərlə yanaşı,
iqtisadiyyat sahəsində stabil inkişaf, yoxsulluğun azaldılması, ərzaq
təhlükəsizliyi, rifah halının yaxşılaşdırılması, beynəlxalq münasibətlər
çərçivəsində qlobal və regional münaqişələrin həlli, sülhün təmini və sairə
kimi problemlər də həlli vacib olan məsələlər kimi qiymətləndirildi.
Bu konqres ümummilli
lider Heydər Əliyevin peşəkarlıq irsinə, müstəqillik və dövlətçilik
amallarına sədaqət, onun tövsiyələrini rəhbər tutmaq, Prezident İlham
Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın qüdrətlənməsi naminə görülən
işlərdə rol almaq və elmi ictimaiyyət olaraq bu prosesə töhfə vermək məqsədi
daşıyır. Qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın yerini və rolunu elmi
cəhətdən təhlil etmək üçün təşkil olunmuş konqresdə dünyanın bir çox
ölkələrindən elm adamları iştirak edirdilər. Konqresə 350-yə yaxın tezis və
məqalə təqdim olunub ki, elmi heyət tərəfindən bunların da 150-yə yaxını tam
mətin-məqalə kimi qəbul edilərək çap olunub. Onu da qeyd edək ki, məqalələrin
təxminən yarısı 19 xarici ölkə alimləri tərəfindən təqdim olunub.
Mərasimdə Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov, İqtisad Universitetinin rektoru
Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vilayət Vəliyev,
eyni zamanda Türkiyənin Fatih Universiteti və Kilis 7 Aralık Universitetinin
rektorları iştirak edirdilər.
Qeyd edək ki, Qafqaz
Universiteti 2003-cü ildən bəri “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya”
mövzusunda təşkil olunan Beynəlxalq Konqreslərə ev sahibliyi edir.
|
Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde
Kılıç, Kafkas Üniversitesi ile işbirliği anlaşması imzaladı ve “Klasik Türk Edebiyatında Biyografi Geleneği” adlı konferans verdi. Nevşehir Üniversitesi Rektörü Prof. Dr. Filiz Kılıç 7-10 Haziran 2011 tarihleri arasında Azerbaycan Kafkas Üniversitesini ziyaret etti. Rektörümüz Kılıç’a Azerbaycan ziyaretinde Üniversitemiz Fen Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü Başkanı Yrd. Doç. Dr. Ömer Bayram ve Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü Öğretim Üyesi Yrd. Doç. Dr. Parvana Bayram eşlik etti. Rektörümüz ziyarette yüksek öğretim kurumlarını gezerek fikir alışverişinde bulundu. Kılıç, ayrıca Nevşehir Üniversitesi ve Kafkas Üniversitesi arasında ortak bilimsel çalışmalar ile eğitim-öğretim ve kültürel işbirliğini gerçekleştirmek adına Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç ile işbirliği protokolü imzaladı. Prof. Dr. Filiz Kılıç, Azerbaycan ziyareti sırasında aralarında Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç, Türk Dili ve Edebiyatı Bölümü B...