Qafqaz Universiteti Hacı Zeynalabdin Tağıyev adına Yardım Dərnəyi üzvlərinin təşəbbüsü ilə uşaq, qocalar evlərinə Qurban sovqatı çatdırılmışdır


Bakı, 17 oktyabr (AzərTAc). Qafqaz Universiteti Hacı Zeynalabdin Tağıyev adına Yardım Dərnəyi üzvlərinin təşəbbüsü ilə qurbanlıq heyvanlar kəsilmişdir.

Qurban əti uşaq, qocalar evlərinə, tənha ahıllara, ehtiyacı olan ailələrə çatdırılmışdır.
Universitet belə xeyriyyə aksiyalarında xüsusi fəallıq nümayiş etdirir. Burada Hacı Zeynalabdin Tağıyev adına Yardım Dərnəyinin üzvləri ehtiyacı olan 100 ailəyə daim diqqət və qayğı göstərirlər.
 
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

Beraber yürüdük biz bu yollarda...

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq