Tələbələrimiz İstanbul Birjasında təlim keçəcəklər


are on t

Tələbələrimiz İstanbul Birjasında təlim keçəcəklər
2012 – 2013-cü tədris ili İqtisadiyyat və idarəetmə fakültəsinin 5 ixtisası üzrə 30 tələbəsi “Türkiyə Yay Praktikası” proqramı çərçivəsində İstanbulda 1 ay praktika keçəcəklər. Tələbələr Bankasya, KüveytTürk Bank, Collins və İstanbul Bələdiyyəsi kimi nüfuzlu şirkətlərin İstanbul ofislərində işçi kimi çalışaraq iş şəraiti və şirkətlərin fəaliyyət sahələrini öyrənəcəklər.
Bu il yay praktikası çərçivəsində tələbələrimizə təlim keçilməsi üçün regionun ən böyük birjası – İstanbul Birjası (Borsa İstanbul) ilə razılığa gəlinmişdir. Bu anlaşma çərçivəsində 15 tələbəmizə İstanbul Birjasının binasında 4–5 Sentyabr tarixlərində sertifikatlı təlim keçiləcək. Təlim birjanın mütəxəssisləri tərəfindən maliyyə bazarları, birjada alqı-satqı prosessləri,  birja indeksləri,  sərmayə artırımı, divident siyasəti, törəmə maliyyə alətləri-opsion bazarları, maliyyə bazarlarına nəzarət, vəs. mövzularda keçiriləcək. Təlim ərzində tələbələrin birjanın alqı-satqı salonuna (işlem salonuna) gəzintisi də nəzərdə tutulub. 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq