13 tələbə Samsun Böyükşəhər Bələdiyyəsində 2 həftəlik təcrübə proqramı keçdilər
Tələbələr iki həftə müddətində bələdiyyənin nəzdində fəaliyyət göstərən 5 ayrı şöbədə istehsalat təcrübələrini həyata keçirtdilər. Eyni zamanda Samsun Böyükşəhər Bələdiyyəsində həftədə iki dəfə toplanan bələdiyyə məclisinin iclasında da müşahidəçi kimi iştirak etdilər. Təcrübədən əlavə həftə sonunda tələbələrimizin Samsun şəhərinin tarixi məkanlarını gəzib görmə fürsəti də oldu. Ulu öndər Atatürkün Türkiyə Respublikasının qurulması yolunda apardığı milli mücadiləni Samsun şəhərindən başlatdığını nəzərə alsaq, bu hadisəylə bağlı müzeylər tələbələrimizin daha çox marağına səbəb oldu. Təcrübənin sonunda tələbələrimizin təcrübə dəftərləri yoxlanılıb qeydiyyata alındı və sertifikatlar təqdim olundu. Günortadan sonra isə, Samsuna bağlı olan Bafra Bələdiyyə başçısı Zihni Şahinin qəbulunda olan tələbələrimiz təcrübənin son günündə Bafra Bələdiyyəsinin fəaliyyətləri ilə tanış oldular.
http://www.mia.az/news/22235.html