Qafqaz Universitetinin rektoru, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov və Sumqayıt şəhər idman gənclər idarəsinin rəisi Musa Həsənovu qəbul etmişdir .

  Yanvar ayının 14 də Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov və Sumqayıt şəhər idman gənclər idarəsinin rəisi Musa Həsənovu qəbul etmişdir .Qəbul zamanı qonaqlar Sumqayıt şəhər təhsil şöbəsinin və Sumqayıt şəhər idman gənclər-idarəsinin, Qafqaz Universiteti ilə, əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Qafqaz universitetində oxuyan Sumqayıtlı tələbə və gənclərin sayının artırılmasının vacib olduğunu söyləyiblər. Qonaqların fikirləri ilə həmrəy olduğunu bildirən professor Ahmet Saniç Sumqayıt şəhər təhsil şöbəsini və Sumqayıt şəhər idman gənclər-idarəsi ilə səmərəli və işlək əməkdaşlığın mümkünlüyünü vurğulayaraq, bu məsələyə daha çox diqqət ayıracağını deyib. Sonra qonaqlar Qafqaz Universitetinin laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar. Professor Ahmet Saniç və Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov arasında əməkdaşlıq barədə müxtəlif proyektlər barədə razılığa gəlinib.
Recep Rza

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.