"Liseyin uğurlarından məmnunam"

Ağsu Rayon İcra Hakimiyyətində Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Rayon İcra Hakimiyyəti Başçısı Ənvər Seydəliyevlə görüşüb. Görüşdə AÖTL-nin müdiri R. Tomay rəhbərlik etdiyi təhsil ocağında şagirdlər üçün hazirlanmış şəraitdən, tədrisin və nizam- intizamin yüksək səviyyədə qurulmasından şagirdlərinin əldə etdiyi nailiyyətlərdən, uğurlardan danışıb. Məktəblilərinin Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamalarından ətraflı söhbət açıb. Sonra Ağsu Rayon İcra Hakimiyyəti Başçı Ə. Seydəliyev liseyin uğurlu fəaliyyətindən, əldə etdiyi hər bir nailiyyətindən məmnun qaldığını bildirib.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.