"İki sahil" qəzetinin əməkdaşları "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsində olmuşlar
Görüşdə, həmçinin gələn il keçirilməsi nəzərdə tutulan V Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına (İNEPO) hazırlıqla bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, ötənilki olimpiadada mükafatlandırılan mətbuat rəhbərlərindən biri də V.Rəhimzadə olmuşdur.
Sonra qonaqlar Bakı Özəl Türk Liseyinə gələrək burada sinif otaqları, laboratoriyalar, kitabxanalar və məişət şəraiti ilə tanış olmuşlar. Qəzetin əməkdaşları şagirdlər üçün yaradılmış şəraitdən məmnun qalmış, Azərbaycan-Türkiyə Özəl Liseyləri İdarəsinin və Bakı Özəl Türk Liseyinin kollektivlərinə gələcək fəaliyyətlərində nailiyyətlər arzulamışlar.
AzərTAc
http://xalqqazeti.com/az/education/iki-sahil-qezetinin-emekdashlari-chagh-oyretim-ishletmeleri-shirketinin-azerbaycan-turkiye-ozel-liseyleri-bash-idaresinde-olmushlar