Kayıtlar

Ocak, 2014 tarihine ait yayınlar gösteriliyor

Azərbaycanda Universitet-İş Dünyası əlaqələri Ecolife jurnalı Yanvar-Fevral 2014

Azərbaycanda Universitet-İş Dünyası əlaqələri Eco Life jurnalı Yanvar-Fevral 2014 http://www.scribd.com/doc/203634639/Az%C9%99rbaycanda-Universitet-%C4%B0%C5%9F-Dunyas%C4%B1-%C9%99laq%C9%99l%C9%99ri-Eco-Life-jurnal%C4%B1-Yanvar-Fevral-2014

Qafqaz Universiteti Maliyyə Kafedrasının baş müəllimi Elçin Süleymanov: Azərbaycanın dövlət büdcəsinin inkişaf dinamikası və təhlili

Resim
Tarixən ”budget” məvhumu ingilis mənşəli söz olub, çanta və ya torba mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur.  Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması  üçün əsas maliyyə sənədidir. Büdcə ölkədə milli gəlirin və Ümumdaxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc  istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil bir büdcə formalaşdırmağa başlamışdır. Fəqət həm Qarabağ müharibəsi həm də iqtisadi strukturanın qurula bilməməsi bu prosesi ləngitmişdir. Əsrin müqaviləsi imzalandıqdan sonra və ölkədə münbit investisya mühitinin yaranması ölkə...

Texnoparkların əhəmiyyəti nədən ibarətdir?

Resim
Texnopark universitetlə sənaye arasında körpü rolunu oynayan, eyni zamanda həm universitetin, həm də iş dünyasının maraqlarını əks etdirən bir mərkəzdir. Burada həm müəllimlər, tələbə və magistrlar, həm də iş dünyasının təmsilçiləri özləri üçün ortaq maraq tapa bilirlər. Tərəflər burada daha əlverişli karyera qura bilmə, daha böyük bazarlara çıxış imkanı qazanırlar. Müəllim və mütəxəssislərin əldə etdikləri elmi-tədqiqatın nəticələrinin sənayeyə tətbiqi üçün əlverişli mühit də məhz texnoparklarda formalaşır. Azərbaycanda ilk dəfə universitet daxilində texnopark fəaliyyətlərinə Qafqaz Universitetində başlanılıb. Universitet-sənaye əməkdaşlığında ciddi layihələrlə iddialı olan “QUTechnopark” fəaliyyəti ilə Azərbaycanın və regionun inkişafına öz töhfəsini verməyi hədəfə alıb. İ sa Qasımov – Qafqaz Universiteti Texnoparkının direktoru:   “Texnoparkların qurulmasının hədəflərində yüksək texnologiyaların istehsalı dayanır. Bu isə özlüyündə sənayenin inkişafına dəstək verən bir...

16.02.2014 tarixində Qafqaz Universitetində 11-ci sinif "Bilik Yarışında" 400-599 arası bal toplayan şagirdlərə hədiyyələr veriləcək.

Resim
16.02.2014 tarixində saat 11:00-da Qafqaz Universitetində 29 dekabr 2013-cü ildə tarixində Araz Kursları və Qafqaz Universitetinin birgə təşkil etdiyi “Bilik Yarışı”nda 400-599 bal arası nəticə göstərən bütün abituriyentlərə hədiyyə veril əcək. Bütün bu aralıqda bal toplayan abituriyentlərin öz şəxsiyyət vəsiqələri ilə saat 11:00-dan etibarən Qafqaz Universitetinə gəlmələri xahiş olunur. Qeyd: Hər kəsə USB Flash kart, qeyd dəftəri və qələm hədiyyə olunacaq. http://arazkurslari.com.az/az/news/news_133.html

Məleykə Abbaszadə: “Rektorlar bizdən küsməsin”

Resim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərin reytinq siyahısını açıqlayıb.   Lent.az -ın məlumatına görə, M. Abbaszadə qeyd edib ki, ötən il qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına və s. daxil olub. Komissiya sədrinin sözlərinə görə, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib. “Onlardan 42,98 %-i 0-100, 21,99 %-i 100-200, 13,84 %-i 200-300, 15,65 %-i 300-500, 5,55 %-i isə 500...

Azərbaycan universitetlərinin yeni reytinqi - SİYAHI

Resim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları əsas ali məktəblərin adlarını və ali məktəblərin reytinq siyahısını açıqlayıb. Özəl ali təhsil müəssisələri arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib ki, qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına və s. daxil olub. M.A...

Azərbaycanda ali məktəblərin reytinqi açıqlandı

Resim
Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları ali məktəblərin adlarını açıqlayıb.  Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda deyib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 121-i Bakı Ali Neft Məktəbinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə daxil olub. Məleykə Abbaszadə qeyd edib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib və onlardan 42,98%-i 0-100, 21,99%-i 100-200, 13,84%-i 200-300, 15, 65%-i 300-500, 5, 55%-i isə 500-700 bal toplayıb. Abituriyen...

Mingəçevirdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yekun mərh&#

Resim
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dil və mədəniyyət” festivalı çərçivəsində Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında “Ana dilimizi sevək, sevdirək” Ümumrespublika müsabiqəsinin bölgə üzrə mahnı, qrammatika, informatika və şeir kateqoriyaları üzrə yekun mərhələsi keçirilib. Tədbirdə Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev və liseyin müdiri Mustafa Söyləməzoğlu çıxış edərək bildiriblər ki, məktəblilər arasında keçirilən belə yarışlar onların dilimizin incəliklərinə yiyələnmələrində dilimizin qorunmasında, təbliğ olunmasında və onun inkişaf etməsində əhəmiyyətli rol oynayır. Bu işdə müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzulayıblar.Münsiflər heyətinin qərarına əsasən şeir kateqoriyası üzrə Mingəçevir Şəhər 1saylı orta məktəbin şagirdi Gülnar Tağıyeva, mahnı kateqoriyası üzrə i...
Resim
Qafqaz Universiteti ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır Bakı, 24 yanvar (AzərTAc). Yanvarın 24-də Qafqaz Universiteti ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi (GMİİB) arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. AzərTAc xəbər verir ki, imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır. Rektor müvafiq ixtisaslar üzrə müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır. “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi idarə heyətinin sədri Polad Rüstəmov rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, GMİİB 2008-ci ildə Azərbaycanda gənc mühəndislərin peşəkar inkişafına və maarifləndirilməsinə dəstək verilməsi məqsədilə yaradılmışdır. Ölkəmizdə mühəndislik mədəniyyəti və standartların...

“Gənc Mühəndislər" və Qafqaz Universiteti arasında əməkdaşlıq imzalanıb

Resim
“Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” və Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır Bu müqavilə gələcəkdə birlikdə “Tərəflər” adlanacaq, bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən İdarə heyətinin sədri Polad Rüstəmov şəxsində “Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” (bundan sonra “GəncMİİB”) və digər tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən rektor professor Ahmet Saniçin şəxsində “Qafqaz Universiteti” (bundan sonra “Universitet”) arasında bir il müdətinə imzalanmışdır.Müqaviləyə əsasən GəncMİİB-in nizamnaməsində əks olumuş məqsədlərə çatmaq üçün Tərəflərin birgə fəaliyyəti üzrə həyata keçirilən bütün işlər təmənnasız əsaslarla yerinə yetiriləcək. Müqavilədə nəzərdə tutulan ohdəliyə əsasən GƏNCMİİB-i Universiteti öz fəaliyyət sahəsində yeni ideyalar, hadisələr, tədbirlər haqqında məlumatlandırır, Universitet haqqında məlumatı əldə edir, məlumatı və Universitetə məxsus loqotipi öz veb-resursunda (www.gencmiib.org), KİV-də yerləşdirir....

Qafqaz universiteti Sahibkarlar Təşkilatının üzvlük sertifikatını aldı

Resim
Qafqaz universiteti Sahibkarlar Təşkilatının üzvlük sertifikatı ilə təltif olunub. Universitetin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının keçirdiyi növbəti təqdimatda Universitetimizin təmsilçisi Zəfər Həsənova  ASK-ın sədri tərəfindən üzvlük şəhadətnamə sertifikatı təqdim edilib.Təqdimat İtaliyanın tanınmış MADE S.p.A şirkətinin Azərbaycanda yeni başladığı fəaliyyəti əhatə etməklə bərabər yeni başlayan bizneslərin genişləndirilməsi əzmində olan bir çox önəmli mövzulara da toxunub.Görüş əsnasında Qafqaz Universiteti ASK-ın sahibkarlara ayırdığı xüsusi diqqət, bu sahədə atılan ciddi addımlar, universitetlərin bu prosesdə körpü rolu oynaması və bu kimi bir sıra mövzular çərçivəsində çıxış edib.    Keçirilən bu kimi görüşlər ali təhsil  müəssisələrinə iş dünyası təmsilçiləri ilə yaxından tanış olmağa və qarşılıqlı tanışlığa zəmin yarad...

“Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi” və Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır xalq qəzeti

Resim
Bu müqavilə gələcəkdə birlikdə “Tərəflər” adlanacaq, bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən  İdarə heyətinin sədri  Polad Rüstəmov şəxsində  “Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi”  (bundan sonra “GəncMİİB”) və digər tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən rektor professor Ahmet Saniçin şəxsində  “Qafqaz Universiteti”  (bundan sonra “Universitet”) arasında bir il müdətinə imzalanmışdır. Müqaviləyə əsasən GəncMİİB-in nizamnaməsində əks olumuş məqsədlərə çatmaq üçün Tərəflərin birgə fəaliyyəti üzrə həyata keçirilən bütün işlər təmənnasız əsaslarla yerinə yetiriləcək. Müqavilədə nəzərdə tutulan ohdəliyə əsasən GƏNCMİİB-i Universiteti öz fəaliyyət sahəsində yeni ideyalar, hadisələr, tədbirlər haqqında məlumatlandırır, Universitet haqqında məlumatı əldə edir, məlumatı və Universitetə məxsus loqotipi öz veb-resursunda ( www.gencmiib.org ), KİV-də yerləşdirir. Universitetin razılığı ilə ona və ya özünə məxsus məkanlarda müxtəlif birgə ...

Ən yaxşı mühəndislik təhsili verən universitetlərin siyahısı açıqlandı

Resim
Caspian Engineers Society (CES) 7 illik fəaliyyəti dövründə universitet tələbələri arasında keçirdiyi müxtəlif imtahan nəticələrinin analizini aparmışdır.  CES-in  mühəndislik məktəblərində  indiyə qədər 1632 tələbə iştirak etmişdir. Tələbələr seçim turlarında mühəndisliklə bağlı test sualları  və müsahibələr ilə sınanıblar. Mühəndislik məktəbləri dövründə tələbələr  sənaye məsələlərinin həlli və qrup təqdimatlarında təcrübə qazanıblar. CES-in layihələrində, əsasən, ADNA, Qafqaz Universiteti, Xəzər Universiteti, BDU, ATU, AMİU və MAA tələbələri aktivlik göstəriblər. Bundan əlavə,  xaricdə -Orta Doğu Texniki Universitetində, Koreya Texnologiyalar Universitetində, Pekin Texniki Universitetində, Moskva Dövlət Universitetində, Norveç Elm – Texnologiyalar Universitetində və s. təhsil alan azərbaycanlı tələbələr də müxtəlif illərdə yay mühəndislik məktəblərində öz biliklərin sınayıblar. Bu barədə CES-in mətbuat katibi Günay Sadıqzadə xəbər vermişdir. CES mü...

“Qafqaz”da 20 Yanvar anıldı zaman.az

Resim
Qafqaz Universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı “Sirdaş” proqramı nümayiş olundu. Sonra söz müəllifin özünə verildi.  Rahib Azəri öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. Rahib Azəri bildirib ki, bu insanlar ölkəmizin müstəqilliyi uğrunda şəhid olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraq, ümummilli lider H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Sovet ordusunun 20 yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yolda böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Tədbir  u...

20 yanvar faciəsi Qafqaz universitetində də anıldı publika.az

Resim
Qafqaz universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib. Publika.Az-ın v erdiyi xəbərə görə, ilk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqiəlik sükutla yad edilib və ardından Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Daha sonra Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı Sirdaş proqramı nümayiş olunub.  Sonra söz müəllifə verilib. Rahib Azəri çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Olaylar barədə məlumat verən Rahib Azəri bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. “Məhz SSRİ-nin yaratdığı informasiya blokadası...

Coşqun liseyinin şagirdləri Qafqaz universitetindən məmnun qalıblar

Resim
Türkiyənin Coşqun lisyeyinin bir qrup  müəllim və şagir heyyəti gəzmək üçün Azərbaycana gəlmişlər.Bakının görməli yerlərini ziyarət edən qonaqlar Qafqaz universitetindədə olublar.Ziyarətçilərə universitetin ictimaiətlə əlaqələr şöbəsinin müdiri Qoşqar Osmanoğlu ali təhsil ocağı haqda məlumat vermiş və laborotoriyalarla tanış etmişdir.Türkiyəli şagirdlər universitetdə yaradılmış şəraitdən razı qaldıqlarını universitet seçimində Qafqazıda düşünəcəklərini dilə gətiriblər. Coşqun liseyinin rəhbərliyi adından   adından  Ömər Faruk universitetə xatirə hədiyyəsi bağışlayıb və xatirə şəkli çəkdiriblər.

20 yanvar faciəsi Qafqaz universitetində də anıldı

Resim
Qafqaz universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqiəlik sükutla yad edilib və ardından Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Daha sonra Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı Sirdaş proqramı nümayiş olunub. Sonra söz müəllifə verilib. Rahib Azəri çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Olaylar barədə məlumat verən Rahib Azəri bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb.“Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraqumummilli lider H.Əliyev heç nə...

Yüksək bal toplayanlar nə üçün pedoqoji fakültələri seçmir?

Resim
Abituriyentlərin ixtisas seçimində pedoqoji  fakülətələri ən sonuncu sırada qeyd etməsi, bu fakültələrə keçid balının digərlərinə nisbətən aşağı olması barədə dəfələrlə danışılıb. Ekspertlər balların aşağı olmasını abituriyentlərin seçimi ilə əlaqələndirirlər. Onların fikrincə, abituriyentlərin pedoqoji ixtisaslara maraq göstərməməsi müəllimlərin maaşının az olması ilə əlaqədardır. Çünki nə yüksək bal toplamaq üçün, nə də  4-5 il müddətində təhsilə çəkilən xərcləri ayda 100-150 manat maaşla geri qazanmaq olmur. Lakin bəzi ali məktəblərin məhz pedoqoji ixtisaslarına yüksək, hətta 600 balla daxil olan tələbələr də az deyil. Bəs bu fərqin səbəbi nədir? Nə üçün 600 bal toplayan tələbələr bəzi ali məktəblərdə pedoqoji ixtisası seçir, digərlərində isə yox?Yüksək bal toplayan tələbələrin pedoqoji fakülətələri seçdiyi ali məktəblərdən də biri Qafqaz universitetidir.Universitetdə pedoqoji  fakultədə 12 ixtisas   Azərbaycan dili və ədəbiyyatı,  ...

Azadlığımız uğrunda canlarını fəda edən şəhitlərimizin əziz xatirəsini yad edərkən.

Resim
Qururla və hüzünlə, unutmamaq və unutdurmamaq üçün! Bu tarixi qanlı 20 yanvar kimi yad etsəkdə, əslində bu millətimizin qəhrəmanlıq səlnaməsi kimi tarixə qızıl hərflərlə yazılmışdır. Tarixdə heç bir millət azadlıq üçün tank önünə əliyalın getməyə cəsarət etməmiş və belə bir qəhramanlıq numunasi göstərə bilməmişdir. Ruhunuz şad olsun qəhraman şəhidlərimiz! 

“İtaliyada gənc Azərbaycan diasporu formalaşır”

Resim
Fərid Abbasov: “İtalyanlar da bizim kimi istiqanlı, gülərüz, səmimi və qonaqpərvərdirlər” “Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı rubrikasının budəfəki qonağı aktiv və bacarıqlı gənclərimizdən olan Fərid Abbasovdur. Fərid hazırda ikinci magistratura təhsilini alır və bununla bərabər o ictimai, diaspor işlərində də aktivlik göstərir. Adı birincilər sırasında hallanan bu gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik. -Fərid, özünüz haqqında qısa məlumat verərdiniz. - Mən Şəmkir şəhərində anadan olmuşam. İlk təhsilimi Şəmkirdə almışam, daha sonra isə altıncı sinfin sonunda imtahan verərək “Gəncə Azərbaycan-Türkiyə Özəl liseyi”nə daxil olmuşam. Buradakı beşillik təhsilimdən sonra həm İstanbul Universitetinə, həm də Qafqaz Universitetinə daxil olmuşdum. Universitetə qəbul olunanda 15 yaşım var idi. Ailəm təhsilimi xaricdə davam etdirməyim üçün icazə vermədi. Beləcə, Qafqaz Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil aldım. Daha sonra isə İ...