Türkiyənin gömrük və ticarət naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur


Bakı, 25 sentyabr (AzərTAc). Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (BGMA) 21-ci konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin prorektoru Cihan Bulut təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayan Fatih Metin, eyni zamanda, müasir dünyada təhsilin mühüm rolundan danışmışdır. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iştirak etmişdir. Sonra qonaqlar universitetin tədris şəraiti ilə tanış olmuşlar.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq