Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini İltimas Məmmədov "Qafqaz" Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında olub.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini İltimas Məmmədov "Qafqaz" Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında olub. Səmimi şəraitdə keçən görüşdə S. Aktaş təhsildə əldə etdikləri uğurları, nailiyyətləri barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına məqsəd qoyduqlarını bildirib.
Nazir müavini burada şagirdlər üçün hazırlanmış şəraitdən onların nizam-intizamından əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin eləcə də „Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasının təhsildə qazandıqları uğurlarının şahidi olduğunu deyib. Gimnaziyanın kollektivinə təhsildə yeni-yeni uğurlar diləyib.   
www.cag.edu.az
 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.