Tələbələrin şirkət gəzintiləri davam edir



Tələbələrin şirkət gəzintiləri davam edir      Karyera Planlama Mərkəzi “Azərkosmos” ASC-yə Anar Rüstəmovun rəhbərliyi ilə İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 1-ci  və 3-cü kurs tələbələrinin gəzintisini təşkil etdi. Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri ilə tanış olması və dərs zamanı  yiyələndikləri mühəndislik biliklərinin praktikasının canlı şahidi olmasını təmin etmək idi. Gəzintidə iştirak etmiş tələbələrdən Sabir Kəsəmənlinin təsuratlarına əsasən: “Azərkosmosun binasına daxil olan andan etibarən bizə hər məlumatı təqdim etdilər. Içəri daxil olanda ilk gördüyümüz peykin idarə olunduğu “ofis” olmuşdur ki, burada da hər birimizin təsəvvür edə biləcəyindən də böyük ekran qarşısında işçilər fasiləsiz olaraq orbitdən gələn məlumatları analiz edir və lazımi tədbirləri görürdü. Sonrakı tanışlığımız isə Azərcosmosun ümumi vəzifələri, peykin texniki xarakteristikaları, onun orbitə buraxılması və idarə olunması həmçinin əldə etdiyimiz üstünlükləri olmuşdur. Bu məlumatlarla yanaşı tələbələrin hər bir  sualı şirkət nümayəndələri tərəfindən cavablandırılmışdır. Ümumi təsuratlarım çox gözəl olmuşdur belə ki, bunların hamısına böyük əmək sərf olunduğu və bizləri (Azərbaycan Respublikasını) dunyanın texnologiya səviyyəsinə tərəf edilmiş daha bir addım olduğunu hər birimiz  tam şəkildə anlayırıq. Ümidlərim isə təkcə Azərkosmosun deyil bütün texnologiya sahəsində atılan köməkçi addımlardan birinin olduğu gələcəkdə isə daha böyük nəaliyyətlərə nail olmaqdır.”

QafqazLife

Instagram