25 Nisan 2015 Cumartesi

Bu gün Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi keçiriləcək


STARTUP AZƏRBAYCAN


STARTUP AZƏRBAYCANBu gün Park İnn Oteldə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi  keçiriləcək.
Xəbərlər-in məlumatına görə, finalda 12 layihə komandası yarışacaq.
Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmub ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınıb.
Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.
YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və sairədir.
Müsabiqənin missiyasına innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirmə daxildir.

Müsabiqənin nəticələrinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verəcək.

İlkin maliyyə dəstəyi:
  • 1-ci yer 5 000 manat
  • 2-ci yer 3 000 manat
  • 3-cü yer 2 500 manat
  • 4-cü yer 1 500 manat
  • 5-10-cu yerləri qazanacaq hər bir layihə üçün 1 000 manat
  • https://qu.edu.az/qucpanel/?p=news_add
 Məltəm Talıbzadə