Qafqaz Universitetində təqdimat mərasimi keçirildi (FOTO)


Qafqaz Universitetində təqdimat mərasimi keçirildi (FOTO)
Qafqaz Universitetində təqdimat mərasimi keçirildi (FOTO)

British Council Azərbaycan PAŞA Bank ilə birgə əməkdaşlıq çərçivəsində “Gələcəyə Təşəbbüs” yazı müsabiqəsi 2015 layihəsini elan edir. Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) bu layihəni dəstəkləyir və təşkilat Birləşmiş Krallıqda təhsil alan məzunların layihəyə cəlb edilməsində böyük rol oyanır

Universitetin mətbuat şöbəsindən Piar.Az-a verilən məlumata görə, bu layihənin əsas məqsədi tələbələrin analitik yazı yazma qabiliyyətlərini inkişaf etdirmək və təhsillərinə vacib təcrübə töhfəsi verməkdir. 

Qafqaz univeristetin də, British Council-ın PAŞA Bank ilə birgə əməkdaşlıqda artıq 4 ildirki həyata keçirdiyi “Yazı müsabiqəsi” layihəsininin növbəti çağırışları üçün təqdimat mərasimi keçirilmişdir. Tədbir 13 aprel 2015-ci il tarixində Qafqaz Universitetinin İBF tədris binasında baş tutdu.

Təqdimat zamanı tələbələrə “Yazı müsabiqəsi” layihəsinin şərtləri, ərizə qəbulunun aparılması, seçilən tələbələr üçün təlimlərin keçirilməsi, müsabiqənin mərhələləri, barədə ətraflı məlumat verilmişdir. 
Qafqaz Universitetində təqdimat mərasimi keçirildi (FOTO)

Onu da qeyd edək ki, müsabiqə iştirakçıları Azərbaycan vətəndaşı olmalı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaş arası tələbələri olmalıdır. Layihənin yazı dili ingilis dilidir.

Təqdimatdan sonra ərizə qəbulu aparılmış, Qafqaz Univeristetinin 30-dan çox tələbəsi layihədə iştirak etmək üçün müraciət etmişdir. 

Dinləyicilərin diqqətinə çatdırıldı ki, layihə iştirakçıları müəyyənləşdirildikdən sonra yazı qabiliyyətlərinin inkişafı üzrə təlimlər Birləşmiş Krallıqda təhsil almış məzunlar tərəfindən Qafqaz Univeristetində keçiriləcəkdir.

Müsabiqənin üç qalibi 2015-ci ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində Yay məktəbində iştirak edəcək.
http://piar.az/maset/6647-qafqaz-universitetinde-teqdimat-merasimi-kechirildi-foto.html

Piar.Az

QafqazLife

Instagram