“Qafqaz”da VII Beynəlxalq Gənclik şənliyi və Multikulturalizm Festivalı keçirildi



Dünən Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VII Beynəlxalq Gənclik şənliyi və Multikulturalizm Festivalı keçirildi. 
 
Tədbirdə açılış nitqi söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qurulması səbəbilə 6 ildir ki, davam edən Gənclik Şənliyinin adına multikulturalizm sözü əlavə edilib: “Gənclik şənliyinin adına multikulturalizm sözünün əlavə edilməsi bugünkü tədbirimizə yeni dəyər qazandırıb. Eyni zamanda universtitetimizdə fəaliyyət göstərən Xarici tələbələr dərnəyinin də adına multikulturalizm sözü əlavə edilib. Sözügedən dəyişikliklər tələbələrimizin təklifləri əsasında həyata keçirilib”.
 “Dünyanın 7 universitetində  Azərbaycan multikulturalizm fənni tədris olunur”
Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr üzrə rəhbəri Hikmət Babayev qeyd etdi ki, ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbirin gənclik şənliyi və multikulturalizm festivalı adlandırılması heç də təsadüfi deyil: “Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən etibarən Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırıldı. Çox sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu siyasət davam etdirilir”. H. Babayevin sözlərinə görə, ötən il Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq Azərbaycanın multikultural ənənlərini təbliğ etməklə yanaşı, dünya sülhünə töhfə verməyə çalışırıq. Prezident İlham Əliyevin “Dünya Azərbaycanın multikulturalizm təcrübəsini öyrənməlidir” sözlərini həyata keçirməkdəyik”. H. Babayev onu da əlavə etdi ki, hazırda Avropa və Rusiyanın 7 universitetində  Azərbaycan multikulturalizm fənni tədris olunur: “Xalqımızın multikulturalizm təcrübəsi uzun inkişaf yolu keçib. Belə ki, dünyada məşhur olan Azərbancan ədiblərinin yaradıcılığında aydın müşahidə etmək olur ki, xalqımız bəşəri idealara, dəyərlərə çox böyük önəm verib. Biz keçmişdən bu yana bütün dünyanın yükünü öz qəlbinə yığıb, dünyada sülh istəyən bir xalqın övladlarıyıq”.
Tədbirdə çıxış edən səfirlər və səfirlik nümayəndələri ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə xidmətlərindən geniş söhbət açdılar. Onlar Qafqaz Universitetində keçirilən ənənəvi gənclik şənliyi və multikulturalizm festivalının ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmasını Azərbaycan gəncliyinin ulu öndərə sədaqəti kimi qiymətləndirdilər.
Daha sonra 20-yə yaxın səfir və səfirlik nümayəndələri digər tədbir iştirakçıları ilə birlikdə universitetin həyətində qurulmuş müxtəlif ölkələrin tarix və mədəniyyətini əks etdirən stendlərlə tanış olublar. Tədbir universitet tələbələrinin ifa etdiyi mahnı və rəqslərlə davam etdirildi.
Elvin Əliyev
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=67783

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF