8 Nisan 2015 Çarşamba

Qafqaz Universitetində futbol yarışlarına start verildi - FOTO


Qafqaz Universitetində futbol yarışlarına start verildi - FOTOTürkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov tapşırığı ilə Türkmənistanda hər il aprel ayı 7 Aprel Dünya Sağlamlıq Günü həsr olunmuş " Sağlamlıq və Xoşbəxtlik ayı" keçirilir. Tədbirin əsas məqsədi yüksək əhval-ruhiyyəli sağlam həyat tərzini təbliğ etməkdir. 


Qafqaz Universitetində futbol yarışlarına start verildi - FOTO


Qafqaz Universitetinin mətbuat şöbəsindən Piar.Az-a verilən məlumata görə, bu münasibətlə Türkmənistanın Azərbaycan respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Universitetlər arası idman yarışları təşkil olunub. Bu gün Qafqaz Universitetində və ADNA-da futbol yarışlarına start verilib. Yarışda Azərbaycan universitetlərinin komandaları ilə yanaşı Azərbaycanda ali təhsil alan Türkmənistanlı tələbələrdən ibarət komanda da iştirak edir.

Qafqaz Universitetində futbol yarışlarına start verildi - FOTO


Futbol üzrə finala Qafqaz Universitetinin və ADNA -nın komandaları yüksəlib. Aprelin 7-də oyunların final mərhələsi keçiriləcək. Final mərhələsindəTürkmənistanın ölkəmizdəki səfiri T.B.Komekov və Universitet rektorlarının da iştirak edəcək. Qaliblər Türkmənistan səfirliyi tərəfindən mükafatlandırılacaq.

Piar.Az