Big Data Day Baku 2015

TƏDBİRİN BAŞLIĞI: Big Data Day Baku 2015 

TƏDBİRİN TARİXİ: 16 may 2015 

YER: Qafqaz Universiteti, Əsas Akt Zalı 


===XÜLASƏ: 
Big Data Day Baku 2015, Azərbaycanda ilk dəfə qeyd olunacaq verilənlər (böyük həcmli verilənlər - Big Data) əsaslı tədbir olacaq. Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər barəsindəki fikirlər formalaşdırmaq, sənayə və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Data Science sahəsində tədqiqat aparmağa həvəsləndirmək. 

===ƏHATƏ OLUNACAQ MÖVZULAR: 
- Böyük Həcmli Verilənlər Erası – Böyük həcmli verilənlər nə qədər böyükdür? 
- Böyük həcmli verilənlərin gətirdiyi böyük imkanlar və çətinliklər – Böyük həcmli verilənlərdən istifadə halları 
- İctimai sektorda olan məlumatların ictimaiyyətə açıq şəkildə paylaşılması 
- Böyük həcmli verilənlərin infrastrukturu 
- Böyük həcmli verilənlərin analitikası üçün açıq qaynaqlı platformalar və texnologiyalar 
- Təbii dil emalı və Kompüter Linqvistikası 
- Böyük həcmli verilənlərin idarəsi Yaşam Dövrü 

===CAVABLANDIRILACAQ SUALLAR: 
- Böyük Həcmli Verilənlərin dəyəri nədir? 
- Bu bizə necə təsir edəcək? 
- Böyük Həcmli Verilənlər erası, amma biz buna hazırıqmı? 

===TƏDBİRİN HƏDƏF AUDİTORİYASI: 
- Marketinq mütəxəssisləri 
- Sahibkarlar 
- İT mütəxəssislər 
- Tələbələr (tələbələrin iştirakı arzuolunandır) 
- Alimlər və Tədqiqatçılar 
- Dövlət nümayəndələri

https://www.facebook.com/events/1616739461896325/permalink/1618290615074543/

QafqazLife

Instagram