“Azərsun Holding” MMC-nin Sumqayıt Yağ Zavodu Kimya müəllimliyi ixtisasının tələbələrini qəbul etdi

“Azərsun Holding” MMC-nin Sumqayıt Yağ Zavodu Kimya müəllimliyi ixtisasının tələbələrini qəbul etdiKaryera Planlama  Mərkəzi “Azərsun Holding” MMC-nin Sumqayıt Yağ Zavoduna  Mustafa Alagözoğlunun rəhbərliyi ilə Kimya müəllimliyi ixtisasının 3-cü kurs tələbələrinin gəzintisini təşkil etdi. 
Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin sənaye müəssisələri ilə tanış olması və dərs zamanı yiyələndikləri biliklərinin praktikasının canlı şahidi olmasını təmin etmək idi. Gündəlik istifadə etdikləri yağ məhsullarının  istehsalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar. 
Şirkət nümayəndələri öz növbəsində tələbələrimizi şirkətlə yaxından tanış etdilər və belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin dahada möhkəmlənəcəyini vurğuladılar. 

QafqazLife

Instagram