Kayıtlar

Aralık, 2011 tarihine ait yayınlar gösteriliyor

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni teqvim ili

Resim
Sizi 31 dekabr - Dünya Azərbaycanl ı lar ı n ı n Həmrəyliyi G ü n ü və Yeni teqvim ili m ü nasibəti ilə səmimi qəlbdən təbrik edir, cansa ğ l ığı , ş əxsi həyat ı n ı zda və i ş lərinizdə yeni-yeni u ğ urlar arzulay ı ram. Qar şı dan gələn yeni ilin m ü stəqil Azərbaycan ı m ı z, d ü nya azərbaycanl ı lar ı və ş əxsən Sizin üçü n əmin-amanl ı q, firavanl ı q illəri olmas ı n ı diləyirəm. S ö zdə, fikirdə və əməldə həmrəy olmaq arzusu ilə. H ö rmətlə,     Qafqazlife

“Azərikimya” İstehsalat Birliyində Qafqaz Universitetinin müəllim və tələbələri ilə görüş olmuşdur

Resim
29 Dekabr 2011   ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi və inşasına yeni başlanılan Sumqayıt Karbamid zavodu rəhbərliyinin Qafqaz Universitetinin müəllimləri, kimya mühəndisliyi, sənayenin təşkili və idarə edilməsi fakültələrinin tələbələri ilə görüşü keçirilmişdir. ARDNŞ-in strukturuna daxil ediləndən sonra Birliyin müəssisələrində həyata keçirilən rekonstruksiya və yeniləşdirmə, müasirləşdirmə işlərindən ətraflı söhbət açan “Azərikimya” İB Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Qafqaz Universiteti ilə təməli bir il əvvəl qoyulmuş əməkdaşlığın və artıq ənənə halını almış görüşlərin hər iki tərəf üçün faydalı olduğunu vurğulamışdır.  Bildirilmişdir ki, respublikanın müxtəlif ali texniki məktəblərində neft-kimya ixtisasları üzrə təhsil alan tələbələrin istehsalatda təcrübə keçməsi Birlik tərəfindən diqqət mərkəzində saxlanılır. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye...

TQDK Qəbul imtahanlarının nəticələri əsasında ali məktəblərin reytinqini açıqlayıb

Resim
Builki qəbul imtahanlarının nəticələrinə əsasən , ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında qəbul planı 91,77 faiz yerinə yetirilib. Bu barədə 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilinin nəticələrinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən mətbuat konfransında məlumat verilib. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abituriyent 500-dən, o cümlədən 1540 abituriyent 600-dən yuxarı bal toplayıb. TQDK sədri Məleykə Abbaszadə deyib ki, yüksək ballar respublikanın 72 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, Qax, Ordubad, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarının göstəriciləri ən yüksək olub. Yüksək nəticə göstərənlər 1-ci qrupda 331, 2-ci qrupda 364, 3-cü qrupda 323, 4-cü qrupda 458 nəfərdir. Dörd nəfər isə maksimum nəticə - 700 bal toplayıb və onların hamısı 1-ci qrupunun abituriyentidir. Maksimum nəticə göstərən 4 nəfər Qaf...

700 bal toplamış tələbələr ilk imtahanlara necə hazırlaşırlar?

Resim
Artıq ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin ən məsul dövrü yaxınlaşır. Qış imtahan sessiyasının həyəcan dolu anlarını yaşayan tələbələr bu günlərdə imtahan verəcəkləri fənlərə daha ciddi hazırlaşırlar. Təbii ki, dərslərə daim hazırlıqlı gələn, hər zaman yüksək bilik səviyyələri ilə seçilən tələbələr imtahanlardan da alnıaçıq, üzüağ çıxacaqlar. Bəs builki qəbul imtahanlarında ən yüksək nəticə göstərərək  700 bal toplayan tələbələr ilk   imtahanlara necə hazırlaşırlar? Bu suallara aydınlıq gətirmək məqsədilə həmin tələbələrin təhsil aldığı Qafqaz Universitetinin dil hazırlığı fakültəsinin müdiri Celil Erdemlə əlaqə saxladıq. ...

Gimnaziyada “Anam Azərbaycan” adlı albomun təqdimat mərasimi keçirilib

Resim
 “Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında Respublikamızın əməkdar artisti Tünzalə xanım Ağayevanın Azərbaycan Respublikasının müstəqillik qazanmasının 20 illiyi münasibətilə “ İrəli” İctimai Birliyinin dəstəyi ilə gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi “Anam Azərbaycan” adlı albomunun geniş təqdimat mərasimi keçirilib.  Təqdimat mərasimində millət vəkili Qənirə xanım Paşayeva, Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarəsinin rəisi Arif Gömleksiz və gimnaziyanın müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə millət vəkili Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, vətənpərvərlik işi məktəblərdən, eləcə də hər bir evdən başlanır. Məlum olduğu kimi bu gün Azərbaycan torpaqları işğal altındadır. Azərbaycanın mərd- igid oğulları torpaqlarımızı düşmənlərdən müdafiə üçün gecə-gündüz keşik çəkir. Torpaqlarımızın azadlığı uğrunda indiyədək minlərlə gənc oğlan və qızlar şəhid olublar. Belə bir v...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyində görüş

Resim
31Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə görüşüblər. F. Əliyev keçən il keçirilən olimpiadanın xoş təsir etdiyini və Azərbaycanı təbliğ etmək baxımından əlverişli keçdiyindən məmnun qaldıqlarını bildirib və növbəti olimpiadanın da daha yaxşı keçəcəyinə inandıqlarını ifadə edib.  Görüş zamanı əsasən hər iki tərəf gələn ilin aprelində keçiriləcək məktəblilərin Ətraf  Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına hazırlıqla əlaqədar məsələlər barədə danışılaraq müzakirə olunub və bununla əlaqədar olaraq lazımi işlərin görüldüyü bildirilib. http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/414-azrbaycan-ekologiya-v-tbii-srvtlr-nazirliyind-goerues.html

Xalq Yazıçısı şagirdlərlə görüşdü

Resim
 Dekabrn 28-də Bakı Özəl Türk Liseyində Azərbaycanın Xalq Yazıçısı, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin vitse-prezidenti Əkrəm Əylislinin şagirdlərlə görüşü olub.  Əvvəlcə Xalq yazıçısının keçdiyi həyat yolunda, keçirdiyi görüşlərdən bəhs edən qısa metrajlı film nümayiş olunub. Sonra Bakı ÖTL-nin müdiri Hayrettin Ünver qonaq barədə şagirdlərə məlumat verib. Görüş zamanı Əkrəm Əylisli 2-ci Dünya Müharibəsinə təsadüf edən əzab-əziyyətli gənclik illərindən söhbət açıb. Bütün bu çətinliklərə baxmayaraq həmişə təhsildə öndə olduğunu bildirib. Məktəblilərə də dərslərini əla oxumağı arzulayıb.  Sonra şagirdlərin suallarını cavablandıran Ə. Əylisli məktəblilərlə görüşdən məmnun olduğunu və burada şagirdlərin təhsil almaları üçün lazımi şərait hazırlandığını deyib. Bakı Özəl Türk Liseyinin pedaqoji kollektivinə şagirdlərə təhsildə uğurlar diləyib.  Görüşün sonunda Bakı Özəl Türk Liseyin müdiri Hayrettin Ünver Azərbayc...

“Azərbaycan” qəzeti redaksiyasında görüş

Resim
  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov Azərbaycan mətbuatında öz xüsusi yeri olan “Azərbaycan” qəzeti redaksiyasında qəzetin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla görüşüblər. Səmimi şəraitdə keçən görüş zamanı B. Sadıqov qonaqlara redaksiyanın işi barədə ətraflı məlumat verib.Qonaqlara redaksiyanın hazırladığı “Müasir Azərbaycan” və “İnkişafın Azərbaycan modeli” adlı kitablarını hədiyyə edib.  Sonra Dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin təhsil müəssisələrinin fəaliyyəti əldə etdiyi nailiyyətləri və qarşıda duran vəzifələri barədə məlumat verib. Redaksiya kollektivinə işlərində uğurlar diləyib. http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/409-azrbaycan-qzeti-redaksiyasnda-goerues.html

“ Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası bu dəfə "Araz"-Naxçıvan basketbol komandası ilə qarşılaşıb

Resim
  Heydər Əliyev adına İdman Konsert Kompleksinin İxtisaslaşdırılmış Basketbol Mərkəzində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) dövrəsinin beşinci turun oyunları keçirilib.  Yüksək liqada ilk oyunlarını qələbələrlə keçirən “ Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası bu dəfə çempionatın ən güclüsü "Araz"-Naxçıvan basketbol komandası ilə qarşılaşıb. Yenicə təşkil olunmasına baxmayaraq özünə kifayət qədər azarkeş toplayan basketbolçularımız bu dəfə də qələbə əzmi ilə oyuna başlayıb.  Rəqib komandanın olduqca təcrübəli və güclü olması oyunda özunu hesabda göstərsə də basketbolçularımız rəqiblərdən çox da geridə qalmamağa, azarkeşlərini yaxşı oyunları ilə ruhlandırmağa çalışıblar.  Bununla da“ Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası, kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) dövrəsinin beşinci turunun nəticələrinə görə 8 xalla 3 yerlə kifayətlənib. Növbəti oyunlarda basketbolçularımıza uğurlar dil...

Neft və Kimya Prosesləri İnstitutunda görüş

Resim
  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası Yusif  Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunun direktoru , AMEA- nın müxbir üzvü Vaqif Abbasovla görüşüblər. Əvvəlcə qonaqlar Vaqif Abbasovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik ediblər. Ona yeni işində uğurlar diləyiblər. Sonra Dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin təhsildə əldə etdiyi uğurları, nailiyyətləri barədə məlumat verib. Bu uğurların daha da yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib.  V. Abbasov qonaqlara qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verib və üzərinə düşən vəzifənin layiqincə yerinə yetirəcəyini bildirib. “Çağ” Öyrətim İşlətmələrinə təhsildə ...

Azərkimya İstehsalat Birliyində görüş

Resim
  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz Azərkimya İstehsalat Birliyinin Baş direktoru, millət vəkili Muxtar Babayevlə görüşüblər.  Səmimi şəraitdə keçən görüşdə Dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin təhsildə əldə etdiyi nailiyyətləri, uğurları barədə məlumat verib. Daha yüksək nailiyyətlərin əldə edilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib.  Millət vəkili Muxtar Babayev bu görüşdən məmnun olduğunu bildirib və “Çağ” Öyrətim İşlətmələrinin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib.  http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/413-azrkimya-istehsalat-birliyind-goerues.html

Qafqaz Universitetində Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzusunda elmi məqalə yarışmasının yekun tədbiri keçirildi.

Resim
31.12.2011 Müsabiqəyə yekun vuruldu Dünən Qafqaz Universitetində Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzusunda elmi məqalə yarışmasının yekun tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin prorektoru Cihan Bulut açaraq bildirdi ki, Qafqaz Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə sentyabr ayında Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzulu elmi məqalə yarışmasına start verildi.  Müsabiqənin məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən keçən dövr ərzində ölkəmizin sosial-iqtisadi həyatında yaranmış köklü dəyişikliklərin müxtəlif elmi aspektlərdən öyrənilməsi üçün Azərbaycan Res...

Qafqaz Universitetində Həmrəylik Günü qeyd olundu

Resim
Qafqaz Universitetində 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açmış və bildirmişdir ki, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib. Digər çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova bildirdi ki, son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkill...

Qafqaz Universitetində əməkdar jurnalist Yusif Əliyevin anadan olmasının 60 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib

Resim
Qafqaz Universitetində əməkdaşımızın yubileyi qeyd olunub Dekabrın 27-də Qafqaz Universitetində qəzetimizin şöbə redaktoru, əməkdar jurnalist Yusif Əliyevin anadan olmasının 60 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Mərasimi açan universitetin rektoru, professor Ahmet Saniç yubilyarı təbrik edib onun pedaqoji mətbuatdakı uzun illik fəaliyyətindən söz açıb. Y.Əliyevin on beş ildən bəri Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələri saxladığını, bu təhsil ocağının tədris həyatında, keçirdiyi çoxsaylı tədbirlərdə yaxından iştirak etdiyini qeyd edən rektor, onun qələmindən çıxan yazıların jurnalist sənətkarlığı baxımından seçildiyini, pedaqoji mətbuatda təhsili yaxşı bilən bir jurnalist kimi tanındığını vurğulayıb. B...

“Azərbaycan-Türkiyə” Özəl Liseyləri “SPARE” layihəsinə qoşuldu

Resim
“Azərbaycan-Türkiyə” Özəl Liseyləri (ATÖL) ilə Azərbaycan Gənclər İttifaqı (AGİ) arasında əməkdaşlıq memorandumu imzalanıb. AGİ-nin mətbuat xidmətindən Gün.Az -a verilən məlumata görə, adıçəkilən iki qurum arasında “Enerji və resurslardan istifadə üzrə beynəlxalq məktəbli layihəsi” (SPARE) çərçivəsində birgə fəaliyyət göstərmək haqqında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi ATÖL Baş İdarəsinin rəisi Arif Gömleksiz və AGİ-nin sədri Ağacan Əhmədov imzalayıb. Əməkdaşlıq Memorandumuna əsasən, 2 il ərzində AGİ və 13 “Azərbaycan-Türkiyə” Özəl Liseyləri arasında birlikdə tələbə mübadilələri, məktəb enerji idarəçiliyi sisteminin yaradılması, müştərək yay məktəbli düşərgələri, müəllim və şagirdlər üçün seminar-təlimlərin təşkili planlaşdırılır. Eyni zamanda enerjiyə qənaət, ekoloji layihələrin həyata keçirilməsi və digər sahələrdə də birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur. Azərbaycan Gənclər İttifaqı 2002-ci ildən Norveç Təbiəti Mühafiz...
Resim
               FOTOSESSİYA [ 29 Dekabr 2011 17:04  ] Bakı-APA. Bu gün Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında “Zambaq” Uşaq Bağçası 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib. APA -nın xəbərinə görə, tədbirdə çıxış edən müəssisənin rəhbəri Sərdar Çelik bayram münasibətilə valideynləri təbrik edib, onlara uğur arzulayıb. O uşaq bağçası haqqında məlumat verərək, burdakı yüksək hazırlıq səviyyəsindən danışıb. Daha sonra bağçanın “Arılar”, “Göyərçinlər”, “Ulduzlar” və “Şirinlər” qruplarının hazırladıqları “Bağçamızda şənlik var, Yığışın ay qonaqlar” adlı proqram təqdim olunub. Uşaqlar şeir söyləyib, mahnı oxuyub, səhnəciklər nümayiş etdiriblər. Tədbirin sonunda Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının m...

1.000.001 DOWNLOAD

Resim
WWW.QU.EDU.AZ Web sayfasındaki Qafqaz Universiteti Yayınlarının  download sayısı  1 milyona ulasti. İstatistikler aşağıdaki kimidir: TOPLAM DOWNLOAD SAYISI    1.000.001 (30.12.2011 17.30) KATEGİRİLERE GÖRE DURUM KİTAPLARIMIZ KATEGORİSİNDE EN ÇOK DOWNLOAD OLUNAN KİTAB    Doç Dr. Cihan Bulut, Elçin Süleymanov “Dövlət Maliyyəsi ”   KONFRANS MATERİALLARI KATEGORİSİNDE EN ÇOK DOWNLOAD OLUNAN KİTAB    ELM VƏ TƏHSİLDƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ III Beynəlxalq Konfransın Materialları (E-BOOK)   ƏL KİTAPLARI KATEGORİSİNDE EN ÇOK DOWNLOAD OLUNAN KİTAB I KURS T Ə L Ə B Ə SİNİN Ə L KİTABÇASI (2008-2009-cu t ə dris ili)   İŞ DÜNYASI HABER BÜLTENİ KATEGORİSİNDE EN ÇOK DOWNLOAD OLUNAN SAYI İ Ş DÜNYASI X ə b ə r Bülleteni, №: 3(37), 2011   REKLAM VE TANITMA MATERİALLARI KATEGORİSİNDE EN ÇOK DOWNLOAD OLUNAN Türkçe tanıtım broşürü   http://qu.edu.az/l...

Biznes dünyası klubu üzvləri dünyaya pəncərə açdı

Resim
30 December, 2011 Junior Achievement Azərbaycan (JAA) biznes təhsili sahəsində dünyanın Ümumdünya Junior Achievement Təşkilatının yerli təmsilçisidir. Dekabrın 24-də  Junior Achievement Azərbaycan (JAA)  təşkilatı orta məktəb şagirdləri və universitet tələbələri arasında respublika çempionatı keçirdi. Çempionatda  Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin komandaları  iştirak edirdi. Yarışın şərtlərinə əsasən ilk mərhələdə orta məktəblərdən 5 komanda, universitetlərdən isə  2  komanda yarışır və qalib komandalar respublika finalında iştirak etmək hüququ qazanır. Fərəhləndirici haldır ki, finala çıxan bu iki komandanın ikisinin də sahibi Qafqaz  Universitetinin tələbələri oldu. Beləliklə, Respublika finalına çıxan Qafqaz Universitetinin hər iki komandası artıq dünya çempionatında iştirak etmək haqqı qazandı. Qalib komanda üzvlərini Siz də tanıyın:   “Golden Mind” ...

Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı" mövzulu elmi məqalə müsabiqəsinin qalibləri müəyyənləşdi

Resim
Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə doktorantlar, bakalavrlar və magistrlər arasında Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı" mövzulu elmi məqalə müsabiqəsi keçirilib. Müsabiqəyə 2011-ci il sentyabr ayında start verilib.  Müsabiqənin məqsədi Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən keçən dövr ərzində ölkəmizin sosial-iqtisadi həyatında yaranmış köklü dəyişikliklərin müxtəlif elmi aspektlərdən öyrənilməsi üçün Azərbaycan Respublikasının tələbələri və tədqiqatçıları arasında elmi tədqiqatların aparılmasını təşviq etmək idi.  Müsabiqənin republika miqyaslı ola bilməsi üçün və ölkəmizin hər yerindən və eləcə də xaricdə yaşayan azərbaycanlıların bu müsabiqədə iştirak etməsi üçün səfərbərlik elan olundu və ümumilikdə universitet, elmi-tədqiqat institutları, müəllimlər institutu olmaqla 50-dən çox elm-tədris mərkəzində tədbi...

M. Abbaszadə deyib ki, abituriyentlərin sənəd qəbulunda seçdikləri universitetlər arasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1-ci yeri, 2-ci yeri Azərbaycan Dövlət Tibb Universiteti, 3-cü yeri Qafqaz Universiteti, 4-cü yeri Azərbaycan Dillər Universiteti tutur.

Resim
“Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 nəfər 500-dən artıq, 1540 abituriyent 600-dən yuxarı bal toplayıb. Yüksək ballılar ölkənin 72 bölgəsini əhatə edir.  Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin Qax, Ordubad, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdə ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 69-u imtahanlarda 500-dən yuxarı bal toplayıb”. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. M. Abbaszadə deyib ki, abituriyentlərin sənəd qəbulunda seçdikləri universitetlər arasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1-ci yeri, 2-ci yeri Azərbaycan Dövlət Tibb Universiteti, 3-cü yeri Qafqaz Universiteti , 4-cü yeri Azərbaycan Dillər Universiteti tutur. Komissiya sədrinin sözlərinə görə, ali məktəblərin müsabiqə yerlərinə 33,5 faiz yerlər dövlət tərəfindən maliyyə...

“Azərikimya”da tədbir

Resim
Read more about idman by Resad ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin akt zalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Birlik əməkçilərinin, şəhər ictimaiyyətinin, tələbələrin, məktəblilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Dünya şöhrətli sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlanan, daha sonra isə “Həmrəylik” himninin sədaları ilə davam edən tədbirdə leytmotivini ulu öndər Heydər Əliyevin “Həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam!” sözləri təşkil edən sənədli film nümayiş etdirilmişdir. Dünya azərbaycanlılarının xüsusi təntənə ilə bayram etdikləri Həmrəylik Gününün yaranma tarixindən və onun ölkəmizin və dünya azərbaycanlılarının ictimai həyatındakı müstəsna əhəmiyyətindən söhbət açılmışdır. Daha sonra tədbir “Azərikimya” İB-nin, Sumqayıt Texnoparkının, “AZENKO” ATSC-nin, “Azərboru” ASC-nin, ali və orta təhsil ocaqlarının - Qafqaz Universitetinin ,   S...

CƏMİYYƏT : Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib

Resim
Qafqaz Universitentində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic qonaqları salamladıqdan sonar deyib ki, 31 dekabr -Dünya azərbaycanlılarının həmrəylik günü universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur. Ali təhsil müəssisəsi ənənəsinə sadiq qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun dediyinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərin hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.  Digər çıxış edən natiq ANS –şirkətlər qurupunun informasiya şöbəsinin müxbiri Qənirə Ataşova rektora dərin təşəkkürünü bildirərək “Çoxdan arzu edirdim ki, bu təhsil ocağı ilə tanış olum. Bu təhsil müəssəsinin ildən ilə artan reytinqi məni valeh edir . Bəli bu təhsil müəssəsi əsil Türkiyə -Azərbaycan qardaşlığının bariz numunəsidir”. Daha son...

Ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisaslarınadır

Resim
29.12.2011 [17:58] Ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisaslarınadır Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, ən yüksək keçid balı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisaslarınadır. Bakı, 29 dekabr (AzərTAc). Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, ən yüksək keçid balı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisaslarınadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan “Kompyuter mühəndisliyi” ixtisasınadır. Bu ixtisas üzrə keç...

Tələbə gənclərin sənət uğurları

Resim
29 December, 2011 Abşeron rayon Mədəniyyət Evində böyük bir canlanma  var idi.  Qafqaz Universitetinin teatr özfəaliyyəti  kollektivi daha fərqli və məsuliyyətli bir həyəcan yaşadı. “Mesenat” abşeronluların  və bütün teatrsevərlərin qarşısına çıxdı. Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesinin sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluşu  əsasında eyniadlı tamaşası alqışlarla qarşılandı. Tələbə gənclərin ifasında Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğlu, mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında yenidən canlandı. Tamaşanın sonunda Abşeron rayon rəhbərliyinə, o cümlədən təhsil və mədəniyyət şöbələrinin rəhbərlərinə təşəkkürünü bildirən univ...