Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

Dekabrın 11-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin kollektivi Fəxri Xiyabana gedərək qəbrini ziyarət ediblər. Ziyarətçilər arasında Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, İdarəetmə İşləri üzrə rəis müavini Ayhan Sipahi, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver, “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş və bir qrup müəllim və şagirdləri iştirak ediblər. Ziyarətçilər  “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseyləri adından Ulu Öndərin büstü önünə əklil və tər qərənfillər qoyublar. Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan yeni tarixinin bütöv bir mərhələsinin bilavasitə dünya səviyyəli siyasətçi və zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevlə bağlı olduğu, məhz Ulu öndərin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsinin ucaldılmasından danışaraq,  Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin ictimaisiyasi mahiyyətinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını bildiriblər.
http://www.cag.edu.az/haber.php?id=127

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır