Liseyin şagirdi Taekvando yarışmasında I yeri tutdu

Noyabrın 26-27-də Quba Şəhər Olimpia kompleksində Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzi Taekvando üzrə yeniyetmə və gənclər arasında açıq Respublika birinciliyi keçirib. Bu yarışmada Quba Özəl Türk Liseyinin şagirdləri də öz güclərini sınayıblar. Onlardan liseyin 11-ci sinif şagirdi Məhəmməd Muradov açıq Respublika birinçiliyində 59 kq çəki dərəcəsində I yerə tutmuş və diplomla təltif olunmuşdur.

Qeyd edək ki ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünə həsr olunmuş Taekvando üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Taekvondo Federasiyası və Lənkəran Rayon Gənclər və İdman idarəsinin təşkil etdiyi ümumrespublika turnirində Məhəmməd Muradov 48 kq çəki dərəcəsində II yerə çıxaraq, “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi Taekvando yarışında III yerə layiq görülmüşdü.
Məlumat üçün b ildiririk ki, M. Muradov bu ilin dekabr ayının sonunda keçriləcək Azərbaycan Milli Çempionatında iştirak edəcək. Çempionatı Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Taekvando Federasiyası təşkil edəcək. Gənclər və böyüklər arasında keçiriləcək Taekvando yarışında M. Muradov gənclər arasında iştirak edəcək. Bu yarışda Beynəlxalq Avropa və Dünya Taekvando yarışlarında iştirak etmək üçün Azərbaycanın yığma komandasına idmançılar seçiləcək.

http://www.cag.edu.az/haber.php?id=141 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF