Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir
Bakı, 28 dekabr (AzərTAc). Dekabrın 28-də Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışmışdır.
Böyük şəxsiyyət Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulayan rektor dahi rəhbər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır.
Professor Ə.Saniç Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün böyük bayram kimi qeyd olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırmışdır.
Görkəmli alim, professor Cavad Heyət dahi şəxsiyyət Heydər Əliyev siyasətinin əhəmiyyətini qeyd edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Bayramlar münasibətilə müəllim və tələbələri təbrik edən professor C.Heyət gəncləri vətənpərvərliyə çağırmış, onlara təhsildə yeni nailiyyətlər arzulamışdır.
Sonra tələbələr maraqlı konsert proqramı ilə çıxış etmişlər.