QAFQAZ UNIVERSITETINDE KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ SİSTEMİ

1993-cü ildə qurulan Qafqaz Universitetində 2000-ci ildən etibarən ISO 9001:2000 Keyfiyyətin İdarə edilməsi Sistemi tətbiq edilməktədir. Qafqaz Universiteti keyfiyyətin idarəolunması ilə bağlı sənədlərini Keyfiyyət Əl Kitabı toplusunda bir araya getirmişdir. 
Qafqaz Universiteti daxili keyfiyyətin təminatı üçün seçdiyi hədəflərə daha effektiv və sürətlə çatmaq üçün tələbə, müəllim və işçi heyətini qərar alma mexanizminə daxil etmiş və keyfiyyət hədəfli idarəetmə sistemini seçmişdir.  Keyfiyyətin idarə olunmasında və daxili keyfiyyətin təminatında əsas amillərdən olan tələbə, müəllim və işçi heyətinin ən aşağıdakından ən üstdəkinə qədər “idarəetmədə iştirak”ı  universitetin daha şəffaf və daha demokratik şəkildə idarə olunmasına səbəb olmuşdur. Sadəcə universitet rəhbərliyinin, müəllim heyətinin deyil, tələbələrin də idarəetmədə iştirakı, təmsil olunmaları universitet həyatında canlılığın artmasına və müştəri məmnuniyyət ölçülərinin mənimsənməsinə fayda vermişdir. Bu mənada universitetdə ildə bir dəfə “Müəllim və işçi heyətinin məmnuniyyət sorğusu”və “Tələbə məmnuniyyət sorğusu”, ildə iki dəfə isə tələbələr tərəfindən doldurulan “Dərs qiymətləndirmə sorğusu” keçirilir. Universitetdə keçirilən bu sorğular universitetdə tətbiq olunan daxili informasiya sistemi vasitəsi ilə həyata keçirilir. Bu sorğuların nəticələri həm əlaqədar qurumlarda ( kafedra və dekanlıqlarda), həm də  universitetdə rektor tərəfindən yaradılan və birbaşa rektora tabe olan Keyfiyyətin İdarəedilməsi Komissiyasında (KİK) müzakirə edilərək, yaxşılaşdırma tədbirləri hazırlanır. Həftədə bir dəfə toplanan KİK-da universitetin bütün qurumları bir üzvlə təmsil olunur. Universitetin bütün qurumları KİK tərəfindən ildə bir dəfə təftiş edilir və hər qurum özünütəhlil hesabatı hazırlayıb, KİK-ya təqdim edir. KİK bütün qurumlarla əlaqədar hazırladığı yekun hesabat və yaxşılaşdırma təkliflərini universitet idarə heyəti tərəfindən ildə bir dəfə keçirilən Özünütəhlil iclasına (idarəetmənin gözdən keçirilməsi) təqdim edir. Bu iclasda universitetin keyfiyyət siyasəti və hədəfləri müəyyən olunur.
Qafqaz Universitetində daxili keyfiyyətin təmin olunmasında əsas vasitələrdən biri də universitetdə tətbiq olunan Elektronik Informasiya Sistemidir. Universitetin müxtəlif qurumlarında hazırlanan informasiyaları, mərkəzləşdirən, istifadəçinin səlahiyyəti çərçivəsində paylaşdıran, internet, intranet və web teknologiyalarının kömeyi ilə yaradılan bu sistem universitetin fəaliyyətində şəffaflığa, keyfiyyətin idarə olunmasını sisteminə, qiymətləndirmə meyarlarına, inzibati işlərdə informasiyayı rahat, sürətli və kontrollu bir şəkildə əldə etməyə böyük fayda verir. Elektronik İnformasiya Sistemi tələbəyə və işçi müəllim heyətinə ait modullar sistemindən ibarətdir.
Qafqaz universitetində tələbələrin idarəetmədə iştirakı Qafqaz Universiteti Tələbə Təşkilatının Nizamnaməsi ilə müəyyənləşdirilir. Tələbə təşkilatının sədri universitet Senatosunda təmsil olunur.
Menbe:"Ali Tahsilde Keyfiyyete Teminat", Bakı Tahsil Merkezi, 2010, s.13
Bu mevzuda meraqlı makaleler:

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF