Şagirdlərimiz Nigeriyadan bürünc medallarla qayıtdılar

Dekabrın 2-11- də Nigeriyanın Abuja şəhərində Yeniyetmələrin VII Beynəlxalq Elm Olimpiadası keçirilib. Olimpiadada dünyanın 35 ölkəsindən gəlmiş 180 şagird yarışıblar. Azərbaycan bu elm yarışmasında 6 şagird və iki müəllim heyəti ilə iştirak edib. Şagirdlər burada fizika, kimya və biologiya fənləri üzrə imtahanlarda biliklərini sınamışlar. Olimpiadanın yekun nəticələrinə görə Azərbaycanın komanda üzvləri Şəki Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Ramazan Ramazanov və Şirvan Özəl Türk Liseyinin 9-cu sinif şagirdi Balaqardaş Bəşirov hər ikisi bürünc medala layiq görülüblər.
Xatırladaq ki, adı çəkilən olimpiadaya keçən il Azərbaycan ev sahibliyi etmişdi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF