Quba Özəl Türk liseyinin uğurları bizi sevindirir

"Çağ" Öyrətim İşlətmələri Quba Özəl Türk Liseyinin təhsildə qazandığı uğurlar rayon Təhsil şöbəsinin işçilərini çox sevindirir. Uzun illərin gərgin zəhmətin nəticəsidir ki, bu gün QÖTL-i Respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey fəaliyyət göstərdiyi ilk illərdən başlayaraq hal-hazıra kimi Quba rayon Təhsil Şöbəsi ilə birgə işləmiş, təhsilin yüksək keyfiyyətlə təşkil olunmasına, uşaqların hərtərəfli hazırlanmasına çalışmışdır. Daim öz üzərində çalışan, yaradıcılıq axtarışlarında olan, qabaqcıl təcrübədən bəhrələnən liseyin müəllimləri şagirdlərin yüksək səviyyədə bilik almaları üçün səy və bacarıqlarını əsirgəmirlər. Bu tədris müəssisəsinin məktəbliləri respublikanın, eləcə də xarici ölkələrin tanınmış ali məktəblərinin böyük əksəriyyətində Quba Özəl Türk liseyinin məzunları təhsillərini davam etdirir. Liseyin məzunları arasında 600-dən yuxarı bal toplayan və hətta Prezident təqaüdünə layiq görülmüş tələbələr də vardır. Bu təhsil ocağının ən böyük uğurlarından biri də şagirdlərin müxtəlif səviyyəli Beynəlxalq Fənn olimpiada və bilik yarışlarında iştirak etmələridir. Onlar bilik yarışlarında Azərbaycana, o cümlədən Qubaya qızıl, gümüş və bürünc medal gətirirlər. Liseydə Türkiyədən və Qubadan dəvət olunmuş müəllimlər qarşılıqlı anlaşılma şəraitində çalışırlar. Qarşılıqlı anlaşmanın nəticəsidir ki, burada tədrisin keyfiyyəti və təlim-tərbiyə yüksək səviyyədə qurulub. Vaxtaşırı olaraq rayonun ümumtəhsil məktəblərinin şagirdləri ilə liseyin məktəbliləri arasında bilik yarışları, ən yaxşı laboratoriyalara, fənn kabinetlərinə, kompüter zallarına baxış, idman yarışları, elmi konfranslar, fənn gecələri təşkil olunur.

Azərbaycanımızın elmi potensialının gücləndirilməsi istiqamətində savadlı, bilikli gənclər hazırlayan Quba Özəl Türk liseyinin pedaqoji kollektivinə, şagirdlərinə və məzunlarına daha böyük uğurlar, yüksək nailiyyətlər arzu edirəm.

Quba Özəl Türk Liseyinin məzunlarına gələcək işlərində müvəffəqiyyətlər diləyir, doğma Azərbaycanımızın yüksəlməsinə, tərəqqisinə və dünya dövlətləri arasında layiqli yer tutmasında fədakar olmağınızı arzu edirik.

Süleyman Aslanov
Quba Rayon Təhsil şöbəsinin müdiri

www.cag.edu.az 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır