Heydər Əliyev və dövlətçiliyi

Bakı Özəl Türk Liseyində “Heydər Əliyev və dövlətçiliyi” mövzusunda konfrans keçirildi

Dekabrın 13-də Bakı Özəl Türk Liseyində “Heydər Əliyev və dövlətçiliyi” mövzusunda konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili, Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasının sədri Əli Hüseynov geniş məruzə ilə çıxış edib. Ə. Hüseynov məruzəsində Ümummilli Lider Heydər Əliyevin istər Sovet İttifaqı dövründə Azərbaycana siyasi rəhbərliyi dövründə istərsə də ikinci dəfə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən söhbət açıb. Ulu Öndərin siyasi hakimiyyəti illərində respublikamızda dövlət əhəmiyyətli müəssisələrin inşaasından, Azərbaycanda C. Naxçıvanski adına ali hərbi məktəbin və neçə-neçə zəruri elm-təhsil ocaqlarının tikilməsindən, ən müxtəlif sahələrdə çalışacaq kadrların yetişməsində, eləcədə təbii sərvətlərimizin, xüsusilə də Azərbaycan neftinin, Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsindən və saymaqla bitməyən dövlət əhəmiyyətli quruculuq işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin də Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamasını və bu fəaliyyətin nəticəsi olaraq Azərbaycanlı gənclərin dünyanın ən aparıcı və ən məşhur universitetlərində təhsil almalarını da Ümummilli Liderin əməyinin nəticəsi olduğunu dilə gətirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil, demokratik Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsini, dünya dövlətləri sırasında daima inkişaf edən ölkələrdən birinə çevrilməsini də xüsusi vurğulayan natiq, respublikamızdakı inkişafa uyğyun olaraq lisey şagirdlərinin dərslərini əla oxumaqla yeniləşən Azərbaycana layiq kadr kimi yetişmələrini arzuladı və yeni tədris ilində onlara uğurlar dilədi. Sonra millət vəkili müəllim və şagirdləri maraqlandıran sualları cavablandırdı. Konfransın sonunda Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasının sədri Əli Hüseynova xatirə hədiyyəsi təqdim etdi.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF