Azər Enerji bacarıqlı gənclərlə əməkdaşlıqda maraqlıdır.

Dekabrın 24-də AzərenerjiAçıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsi Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin son kurs tələbələri ilə keçirdi. Görüşdə  AzərenerjiAçıq Səhmdar Cəmiyyətinin İnvestisiyalar İdarəsinin rəisi Rafael Abbasov  tələbələrə “İnkişaf imkanları”  mövzusunda seminar verdi. R. Abbasov AzerEnerjinin inkişaf tarixi və investidiya imkanları, eləcədə dünyanın ən böyük konsorsiumları ilə iş birliyi, dünyada və regiondakı yeri haqqında geniş məlumat verdi. Seminar zamanı əldə edilən mövzu ilə bağlı təhlil xarakterli nəticələr dinləyici tələbələrin iştirakı ilə R. Abbasov tərəfindən məharətlə həyata keçirildi.

Görüşün sonunda AzərenerjiAçıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsinin rəis müavini Nigar Oruclu maraqlı olan tələbələri əməkdaşlığa dəvət etdi.
Xatırladım ki, AzərenerjiAçıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsi yaxın gələcəkdə Qafqaz Universitetinin Mühəndislik Fakülətisinin tələbələri ilə də bənzər görüşü keçirəcəkdir.
Dr.İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF