Qafqaz Üniversitetinden Haberler
Günlük təcrübə gəzintiləri davam edir.
Kadr hazırlığında məlumatların tələbələrə göstərərək tədris edilməsinin nə qədər əhəmiyyətli olduğu hər kəsə məlumdur. Ona görə də Qafqaz Universiteti təlimdə praktiki şəraitdə verilən tədrisə hər zaman üstünlük vermişdir. Bu mənada Qafqaz Universitetində tələbələrin praktiki təcrübələrinə xüsusı diqqət yetirməklə yanaşı, günlük təcrübə gəzintilərini də tətbiq edir. Bu məqsədlə müxtəlif şirkət və ya müəssisələrə təcrübə xarakterli gəzintilər təşkil edilir. Belə gəzintilərdən biri Noyabrın 11-də “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-nin istehsal fabrikində həyata keçirildi. Belə ki, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri “Umumi keyfiyətin idarəolunması” fənnindən “Kollektiv çalışma” və “Davamlı yaxşılaşdırma” mövzularını “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-də istehsal prosesi ilə tanış olaraq, eləcə də şirkətin müvafiq nümayəndələri ilə birgə, interaktiv şəkildə işlədilər.
Qarant Sığorta Agentliyi Universitetlərlə əməkdaşlığa əhəmiyyət verir.
Qafqaz Universitetinin Karyera Planlama Mərkəzi ilə Qarant Sığorta Agentliyi arasında işgüzar görüş keçirilmişdir. Agentliyin direktoru Ramin Səmədovla görüşdə əldə edilən əməkdaşlıq əsasında Qafqaz Universitetinin məzunları və yuxarı kurs tələbələrindən arzu edənlər Qarant Sığorta Agentliyi tərəfindən təşkil olunacaq maarifləndirmə seminarlarına qatılacaqlar. Təqribən 2 ay davam edəcək maarifləndirmə seminarları tamamlandıqdan sonra, iştirakçılar imtahan verəcəklər. İmtahandan yaxşı nəticələr göstərərn məzun və ya tələbələr Qarant Sığorta Agentliyi tərəfindən müvafiq işlə təmin ediləcəklər.
Qeyd edək ki, Qafqaz Universiteti ilə Qarant Sığorta Agentliyi arasında əldə edilən razılaşmaya görə iki müəssisə arasında ortaq karyera günləri də keçiriləcəkdir.
Bank of Baku yuxarı kurs tələbələrini stajyor olaraq işə dəvət etdi.
Hələ tələbəikən İş Dünyasında baş verənlərdən xəbərdar olmaq və özünü İş Dünyasının tələblərinə uyğun yetişdirmək gələcəyin kadrları olacaq bu günkü tələbələr üçün çox əhəmiyyətlidir. Ona görə də Qafqaz Universiteti İş Dünyası ilə əlaqələrinin müxtəlif istiqamətdə inkişaf etdirməkdə davam edir. Bu əlaqlərin nəticəsi olaraq Bank Of Baku Qafqaz Unuiversiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin sonuncu kurs tələbələrini stajor olaraq işə dəvət edi. Sonuncu kursda oxuyan, eyni zamanda işləmək arzusunda olan tələbələr Bank of Bakunun nümayəndələri tərəfindən təşkil olunmuş imtahanda iştirak etdilər. İmtahandan yaxşı nəticələrlə çıxan tələbələr dərsə davamiyyət vəziyyəti nəzərə alınmaqla stajyor olaraq iş təklifi aldılar. Qeyd edək ki, həmin tələbələr məzun olduqdan sonra isə Bank of Bakuda tam ştatla işlə təmin ediləcəklər.
Azercell tələbə təqaüdü proqramını elan etdi.
“Azercell Telekom” MMC-nin tətbiq etdiyi Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd proqramlnda Qafqaz Universitetinin tələbələri də iştirak edirlər. Tələbə Təqaüdü Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.Tələbə Təqaüdü Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Qafqaz Universiteti də daxil olmaqla Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 20-dən çox tələbə Azercell şirkətinin təqaüdçüsü adına layiq görülmüşdür.
Tələbə və magistrlar üçün Bakcelldən yeni fürsətlər.
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti son kurs və magistratura tələbələrinə şirkətdəki iş prosesi ilə yaxından tanış olmaq, müxtəlif layihələrdə iştirak edibtəcrübə əldə etmək üçün yeni imkanlar açmışdır. Layhə əsasında seçilmiş tələbələrə təqaüd qazanmaq imkanı da verilir.Xatırladaq ki, Bakcellin bu layihəsində telekommunikasiya, informasiya texnologiyaları və marketinq üzrə təhsil alan tələbələrə üstünlük veriləcəkdir.
SOCAR-ın əməkdaşları Qafqaz Universitetində karyera günləri keçirdi.
Qafqaz Universitetinin Karyera Planlama Mərkəzi ilə SOCAR-ın Kadrların hazırlanması şöbəsi birlikdə karyera günləri-seminar proqramı təşkil etdilər. Seminar-proqram noyabrın 13-də Qafqaz Universitetinin Akt zalında keçirildi. Əvvəlcə, Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç SOCAR nümayəndə heyətini qəbul etdi. Görüşdə hər iki tərəf bu əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirərək, gələcəkdə daha geniş layhələri həyata keçirməyin faydalı olacağını vurğuladılar.Qafqaz Universitetlə tanışlıqla başlayan proqramda, daha sonra SOCAR-ın tanıtımı ilə davam etdirildi. Proqramın əsas hissəsində isə SOCAR Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqətov və həmin şöbənin əməkdaşı Teymur Mahmudov tərəfindən SOCAR-da işə qəbul, SOCAR-ın təqaüdlərini qazanma yolları, SOCAR Yay Məktəbi və SOCAR-ın sponsorluğu ilə xaricdə təhsil alma imkanlarının prinsip və qaydaları haqqında məlumat verildi. Tələbələrin sualları cavablandırılarkən müzakirələrə xüsusi yer verildi. Müzakirələrdə SOCAR tərəfindən məruzəçilərlə yanaşı, Kadrların hazırlanması şöbəsindən Nigar Kərimova, Tural Aliyev, Mahal Mehdiyev, Marketinq və İqtisadi Əməliyyatlar idarəsi, Metodologiya və uçot əməliyyatlarının təkmilləşdirlməsi şöbəsindən İbrahim Mirzəyev, Ekologiya idarəsi, Texniki istehsalat şobəsindən Mehman Nəcəfli, Marketinq və satınalmalar şobəsindən Ramil Rüstəmov da iştirak etdilər. Xatırladım ki, SOCAR Yay Məktəbi fəallarının da iştirak etdiyi karyera günlər-seminar proqramının keçirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən “Biznes Dünyası”, “Ekologiya” və “Düşüncə” tələbə klubları yaxından köməklik göstərərək fəal iştirak etdilər.
Bakıda “ali təhsil müəssisələrinin özəl sektorla əməkdaşlığı”mövzusunda regional seminar keçirildi.
Universitetlərlə sənayə müəssisələri arasında əməkdaşlığın aktuallığı hər keçən gün daha da artmaqdadır. İnkişaf etmiş ölkələrdə bu əlaqələr hələ 30 il bundan əvvəl başlasa da, inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrdə universitet-sənaye iş birliyi prosesi xeyli zəif baş vermişdir. Azərbaycanda isə universitet-sənaye iş birliyi hazırda aktual problemə çevrilmişdir. Son zamanlar Azərbaycanda universitet-sənaye iş birliyinə həsr olunmuş görüşlərin artması da bunu açıq şəkildə təsdiq edir. Belə görüşlərdən bir də 22-24 noyabr 2010-cu il tarixində Aərbaycan Dövlət İqtisad Universitetində baş tutdu. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İSESCO-nun Tehran Nümayəndəliyinin birgə təşkil etdiyi regional seminar “ali təhsil müəssisələrinin özəl sektorla əməkdaşlığı” mövzusunda idi. 3 gün davam edən regional seminarda ayrı-ayrı ölkələrin təcrübələri təhlil edildi. İranlı professor Masoud Shafiey və digər təqiqatçılar tərəfindən universitet-sənaye iş birliyinin əhəmiyyəti vurğulanmaqla, texnoparkların qurulmasına dövlət dəstəsyinin vacibliyini vurğulandı. Bu sahədə müxtəlif ölkələrin təcrübəsindən bəhs edilən məruzələrdə universitet-sənaye iş birliyində universitet-sənaye-dövlət üçbucağının inkişaf etdirlməsinin səmərəli olacağı qeyd olundu. Azərbaycan və İranla yanaşı, seminarda Pakistan, Qırğızıstan, Əfqanıstan da yüksək vəzifəli dövlət və elm adamları ilə təmsil olunmuşdurlar. Regional Seminarda Qafqaz Univüersitetinin İş Dünyası üzrə prorektoru Dr. Təyyar Mustafayev və Karyera Planlama Mərkəzinin müdiri Dr. İsa Qasımov da məruzə ilə çıxış edərək iştirak etdilər.