İstanbul Sosial Bilimlər Liseyi və Sumqayıt Özəl Türk Liseyində

İstanbul Sosial Bilimlər Liseyi və Sumqayıt Özəl Türk Liseyində

Dekabrın 4-də Qardaş Məktrəblər Layihəsi çərçivəsində Sumqayıtdakı “İstedad” liseyi ilə əməkdaşlıq edən Türkiyə Cümhuriyyətitinin İstanbul Sosial Bilimlər Liseyinin bir qrup müəllim və şagird kollektivi Sumqayıt şəhərində olmuş, şəhərlə tanış olmuşlar. Qonaqlar Sumqayıt Özəl Türk Liseyi, eləcədə şəhərin şahmat klubunu, tarix muzeyini və bir neçə tədris müəssisələrini gəzərək tanış olublar. Onlar Liseydə məktəbin işi, kabinetləri, tədrisi ilə maraqlanıblar. Sonra qonaq liseyin müəllim və şagird kollektivi “İstedad” liseyinin akt zalında geniş tədbir keçiriblər. Burada liseyin şagirdləri geniş konsert proqramı ilə çıxış edərək Azərbaycan və Türk mahnıları ifa ediblər. Sonra qonaqlara Azərbaycan milli xörəklərindən ibarət ziyafət verilib. Ziyafət zamanı Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan gələn qonaqlara və müəllimlərə xatirə hədiyyələri təqdim edib. Onların gəlişindən məmnun olduğunu bildirən A. Çamalan qonaqlara yeni-yeni uğurlar diləyib.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF