Bakıda “Mobil rabitə və sosial inkişaf” adlı konfrans keçirilib

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda TeliaSonera Avrasiya Şirkətlər qrupu tərəfindən təşkil olunan “Mobil rabitə və sosial inkişaf” adlı konfrans keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
Azercell Telekom şirkətinin təşəbbüsü və Qafqaz Universitetinin əməkdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi mobil rabitənin iqtisadi və sosial inkişafa olan mühüm təsirlərinin öyrənilməsindən ibarət olub. Bununla yanaşı konfrans zamanı mobil rabitənin gündəlik həyatdakı rolu və yeni nəsil xidmətlər barəsində mütəxəssislər arasında fikir mübadiləsi aparılıb. Forumda iş adamları, tədqiqatçılar, alimlər, proqram tərtibatçıları və sənaye üzrə mütəxəssislər iştirak edib.
Tədbir iştirakçıları mobil təhsil, mobil biznes, mobil cəmiyyət, o cümlədən xidmətlərin formalaşması, göstərilməsi, eləcə də təhsil və biznes kimi istiqamətlərin cəmiyyətə təsiri üzrə müxtəlif spektrli mövzular ətrafında diskussiya aparıblar. Bundan əlavə konfransda müasir biznes modelləri və strukturları, eləcə də yeni texnologiya və onların həll variantları ətrafında fikir mübadiləsi aparılıb. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF