Ümummilli Lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü anıldı.
Dekabrın 14-də Bakı Özəl Türk Liseyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar olaraq konfrans keçirilib. Konfransda iştirak edən millət vəkili Mübariz Qurbanlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının qurulmasında xidmətlərindən ətraflı söhbət açıb. M. Qurbanlı çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasi, hüquqi, sosial-iqtisadi, quruculuq siyasəti müasir dünyaya inteqrasiya edən bir dovlətin qurulmasına şərait yaradıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yeniləşən Azərbaycanın daha da sürətlə inkişaf etməsinə səbəb olub. Artıq Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz sözu, öz yeri olan bir dövlətdir. Millət vəkili Azərbaycan -Türkiyə dosluğundan, qardaşlığından, bu əlaqələrin daima inkişaf etməsindən, bunun bariz nümunəsi kimi Azərbaycanda fəaliyyət göstərən “Çağ” Öyrətim İşlətmələrinin Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamasından və s. haqqında konfrans iştirakçılarına məlumat verib.Konfransın sonunda Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver millət vəkili Mübariz Qurbanlıya liseyin xatirə hədiyyəsini təqdim edib.