“Ernst Young”un əməkdaşları karyera günləri keçirdi.
“Ernst Young”un əməkdaşları Qafqaz Universitetində karyera günləri keçirdi. Karyera günləri seminar-proqramda “Ernst Young”un Audit Xidmətləri üzrə baş meneceri Faiq Şıxəlibəyli iştirakçılara şirkətin fəaliyyət sahələri, inkişaf tarixi və xidmətləri haqqında məlumat verdi. Daha sonra “Ernst Young”un Kadrlar şöbəsinin müdiri Samirə Şabanova karyera planlaşdırmada diqqət edilməsi vacib olan məqamlar, işə müraciət formaları, CV hazırlama və işə qəbul zamanı müsahibələr haqqında seminar mövzu ilə çıxış etdi.
İnteraktiv formada keçən seminar-proqram tələbə və magistrların xüsusi marağına səbəb oldu. Təqdimatla yanaşı, iştirakçıların da interaktiv fəallığı proqramda səmərəli diskusiyaya şərairiti formalaşdırdı.
İngilis dilində keçirilən seminar-proqramda Qafqaz Universitetinin Sənaye mühəndisliyi, Maliyyə, Dünya İqtisadiyyatı, Biznesin İdarəolunması, Menecment ixtisaslarında təhsil alan 4-cə və 5-ci kurs tələbələri və magistrları iştirak etdilər.
Qeyd edək ki, seminar-proqramın keçirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən “Biznes Dünyası” tələbə dərnəyi yaxından köməklik göstərərək fəal iştirak etdilər.
Dr.İsa Qasımov