TQDK Unversitetlərin reytinqini açıqladı
İlk yerləri dövlət, son pillələri isə özəl universitetlər tutur Azərbaycanın ən reytinqli universitetlərinin siyahısı müəyyənləşib. TQDK-ya istinadən xəbər verir ki, 2012-ci ildə ən reytinqli ali məktəb Prezident yanında Dövlət İdarəçilik Akademiyası olub. Yüksək hazırlıqlı abituriyentlərin bu təhsil ocağına marağı çoxdur. Bu akademiyaya daxil olan tələbələrin əksəriyyətinin topladıqları bal 600-dən yuxarı olur. Azərbaycan Tibb Universiteti isə ikinci yerdədir. Üçüncü yerdə Qafqaz Universiteti dayanır. Bu universitetinin reytinqi ötən illərdə də yüksək idi. Maraqlı olan fakt isə, özəl ali məktəblərin siyahıda ən axırıncı yerdə durmasıdı. Bir müddət bundan öncə Azərbaycanda bəzi özəl ali məktəblərin bağlanması ilə bağlı bir sıra xəbərlər yayımlanmışdı. Görünür, bu siyahının ictimaiyyətə təqdim edilməsi məhz buna hazırlıqların başlanmasını göstərir. Siyahıda ən axırıncı yeri Təfəkkür Universiteti, ondan sonra isə Bakı Avrasiya Universiteti tutur. Belə n...