Kayıtlar

Təhsilə qoyulan sərmayə xalqın gələcəyi üçündür

Resim
Həmsöhbətimiz “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərəndir. - Ənvər bəy, artıq “Cağ” Öyrətim Şirkəti Azərbaycanla Türkiyə arasında qardaşlığın ən parlaq simvoluna çevrilib. Söhbətimizə elə bu simvolun Azərbaycanda fəaliyyəti ilə başlayaq. - 1992-ci ildə “Çağ”a Azərbaycanda ilk xeyir-dua verən, onun fəaliyyətinə yaşıl işıq yandıran şəxs ümummili liderimiz Heydər Əliyev olub. Biz də bu illər ərzində ulu öndərin “Təhsil millətin gələcəyidir” və “Azərbaycanla Türkiyə arasında salınmış ən möhkəm körpü təhsildir” sözlərini həyat devizimizə çevirərək göstərilən etimada sədaqətlə xidmət etməyə səy etmişik və etməkdəyik. Elə bu sədaqətin nəticəsidir ki, “Cağ”a üz tutan şagirdlərin sayı ildən-ilə artır. Hazırda Azərbaycanda “Çağ”ın 10 liseyi, 10 ali məktəblərə hazırlıq kursu, 1 gimnaziyası, 1 ibtidai məktəbi və Qafqaz Universiteti fəaliyyət göstərir. - Bu 16 ildə “Cağ” Azərbaycan təhsilinə nəzərdə tutulan şəkildə öz töhfəsini verə bilibmi? - Çalışmışıq ki, gənclərimiz savadlı...

İNEPO gənc ekoloqları Bakıda birləşdirdi

Resim
Ekologiya və təbiəti mühafizə problemlərini araşdıran və onlardan çıxış yollarına həsr edilmiş II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) sona çatdı. Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 85-ci il dönümünə həsr olunmuş “Xalqımızın İlham Mənbəyi” lövhəsinin təqdimatı, dünyanın dörd bir yanından gələn məktəblilərin vətənlərindən gətirdikləri bir ovuc torpaqla “Dostluq Ağacı”nıəkmələri, qaliblərin sevinc görüntüləri, doğma dilimizdə Azərbaycana təşəkkür etmələri, tədbirin İctimai Televiziya vəsitəsilə dünyanın 100-dən artıq ölkəsinə canlı yayımlanması qapanış mərasiminin yaddaqalan məqamlarından oldu. Olimpiadanın bağlanış mərasimi Umummilli lider Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Azərbaycan Dövlət Flarmoniyasının rəqs ansamblının rəngarəng çıxışı isə dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqların zövqünü oxşadı. Daha sonra söz olimpiadanın təşkilat komit...

Əcnəbi məktəblilər: “Bakı bizə çox doğma gəldi...”

Resim
Təxminən son yüz ildə sənayenin sürətli inkişafı və baş verən müharibələr dünyada ciddi ekoloji problemlər doğurmuşdur. Hər şeydən əvvəl insanlar, öz sərvətləri ilə hələ neçə-neçə nəsilləri yaşada biləcək Yer kürəsinin sinəsinə çətin sağalan yaralar vurmuşdur. Təbiətə buraxılan zəhərli qazların ilbəil artması atmosferin getdikcə daha sürətlə dağılmasına, bitki örtüyünün məhv edilməsi isə şirin su mənbələrinin azalmasına, əkinə yararlı torpaqların məhsuldarlığının aşağı düşməsinə, şoranlaşmasına və sıradan çıxmasına, eyni zamanda səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Elmi araşdırmalara görə, əgər meşələrin qırılması indiki kimi davam edərsə əsrin sonunda Yer kürəsindəki bitki və heyvan növlərinin yarısı məhv olacaq. Söhbət açdığımız çox ciddi problemin həllində yetişməkdə olan nəslin üzərinə də böyük vəzifələr düşür. Belə ki, gələcəyimizin sahibi olan indiki uşaqlar, ilk növbədə Allah-Təalanın bütün insanlara bəxş etdiyi sərvətləri və gözəllikləri qorumalı və zənginləşdirm...

Lənkəran Özəl Türk Liseyinin Novruz bayramı ilə əlaqədar keçirdiyi bilik yarışmasına yekun vurulmuşdur

AzərTAc-ın müxbiri xəbər verir ki, Lənkəran Özəl Türk Liseyinin rayon təhsil şöbəsi ilə birgə Novruz bayramı ilə əlaqədar keçirdiyi bilik yarışmasına yekun vurulmuşdur. Doqquz və onuncu sinif şagirdləri arasında keçirilmiş yarışmada 500 nəfərədək məktəbli iştirak etmişdir. Liseyin direktoru Abdulla Koral və rayon təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev qalibləri təbrik edərək onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim etmişlər. www.azertag.gov.az

İNEPO-EUROASİA Olimpiyadı Ödül Merasimi

İnformatika üzrə Ümumrespublika Olimpiadasının 2-ci mərhələsi yekunlaşıb

Aprel ayının 5-də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib. Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan bu Olimpiada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilir. 4 region komandası daxil olmaqla, ölkənin 14 təhsil müəssisəsindən 33 komandanın iştirak etdiyi 1-ci seçim mərhələsində balların 30 faizini toplamış 13 komanda (Azərbaycan Dövlət Neft Akademiyasının 2, Qafqaz Universiteti ilə Bakı Dövlət Universitetinin hərəsinin 4, Azərbaycan Texniki Universiteti, Bakı Özəl Türk Litseyi və Elitar Gimnaziyanın hərəsinin1 komandası) 2-ci mərhələyə keçib. Olimpiadanın final mərhələsi bu il mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qeyd edək ki, ilk dəfə ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olim...

Böyük Britaniyalı elm xadimi Sanjida O Connel Qafqaz Universitetində natiqliyə həsr olunmuş master-klas keçirəcək

Britiş Council, Qafqaz Universiteti və Bank Standartın birgə həyata keçirdiyi “Şöhrət laboratoriyası” adlı yarışmanın 10 nəfər qalibi üçün təqdimat qabiliyyəti üzrə təlim keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Britiş Council şirkətindən veriblər. Sabah Qafqaz Universitetində təşkil olunacaq təlim prosesinin Bakı Amerika Mərkəzindən İmran Muxtarov və Qafqaz Universitetindən Kemal Bayraktarın iştirakı ilə baş tutacağı nəzərdə tutulub. Aprelin 9-da isə Böyük Britaniyadan olan elm xadimi Sanjida O Connel yarışmanın qalibləri üçün natiqliyə həsr olunmuş master-klas keçirəcək. Qeyd edək ki, müsabiqə 18 mart 2008 -ci il tarixdə 30 iştirakçı arasında keçirilib. www.azadinform.az