Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub
                                                                   Regionun   ən böyük informasiya texnologiyaları şirkətlərindən olan və bu sahədə  innovasiyaların formalaşdırılması  və tətbiqi ilə tanınan Türkiyənin  “Koç Sistem”  şirkəti  ölkə xaricində ilk araşdırma mərkəzi təsis edib.  Belə ki, “Koç Sistem-Azərbaycan”  şirkəti  Qafqaz Universitetinin   Texnoparkında  Tədqiqat Mərkəzi yaradıb. Şirkət  bu Tədqiqat Mərkəzində  Qafqaz Universitetinin potensialından faydalanaraq Azərbaycanda və  regionun digər ölkələrində  müvafiq xidmət göstərməyi planlaşdırır.  Dekabrın 15-də Tədqiqat Mərkəzinin  açılışı olub. Mərasimdə  Milli  Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat  Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev,  Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, “Koç  Sistem”in (Türkiyə) araşdırma  üzrə direktoru Ömer Özgür Çetinoğlu,  eləcə də di...