“ENOTES Layihəsi Çərçivəsində” əməkdaş universitetlərin akademik heyəti təlimlərdə istirak etmək üçün Litvanın Kaunas şəhərinə gəlmişlər .

Təlimlər ECDL sertifikatlarının ölkədə tətbiqi
prosesində promosiya strategiyasının təşkili, Avropanın İnformasiya
Kommunikasiyaları Gündəliyi, sertifikatın lokalizasiyasının Litva təcrübəsi, nəşr
olunacaq ədəbiyyatla bağlı tələblər, nümunə testlər, ECDL Litvanın digər yerli
universitetlərlə əməkdaşlığı seminarlarda müzakirə edilmişdir.
Litvanın İnformasiya Texnologiyaları
İnstitutu tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dövlət Dillər
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti,
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu,
Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti və Qafqaz Universitetindən
nümayəndələr iştirak ediblər.
Onu da qeyd edək ki, Avropa İttifaqı çərçivəsində maliyyələşdirilən Tempus proqramı Təhsil Mədəniyyət
Agentliyi tərəfindən idarəedilir. Proqram tərəfdaş ölkələr Qərbi Balkanlar, Şərqi
Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərqdə daxil 27 ölkəni əhatə edərək
ali təhsilin modernizasiyasını hədəfləyir.
Layihə
rəhbəri
Üzeyir
Bağırov
Qafqaz
Universiteti
Email:ubagirov@qu.edu.az